Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İŞİD-ə sızan kəşfiyyatçı terrorçuları aldatıb

28.08.18, 11:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2014-cü ildə İŞİD sıralarına sızan İraq kəşfiyyatının zabiti Harit əl-Sudani terror qruplaşmasının ölkədə təşkil etmək istədiyi 48 hücuma mane olub. Kəşfiyyatçı İŞİD-in tərkibində partladıcı qurğu yerləşdirilmiş avtomobillərin hücum nöqtəsinə çatdırılması vəzifəsini həyata keçirib. İŞİD liderlərinin ona verdiyi minalanmış avtomobilləri kəşfiyyat orqanlarına təslim edən əl-Sudani üzərindəki şübhələri yayındırmaq üçün hücum nəzərdə tutulan ərazidə saxta partlayış törədib. Beləliklə, kimsə ondan şübhələnməyib.
2016-cı ildə Bağdadın Əl-Huriyyə bölgəsindəki bazarı hədəf alan hücumun həqiqətdə heç yaşanmadığı, bunun yerinə bölgədə saxta bir bomba partladıldığı, bir qrup aktyorun da ölü və yaralı rolu oynadığı iddia edilib. Hadisə yerində çəkilən görüntüləri polisin yaydığı və hücumla bağlı məsuliyyəti terror qruplaşmasının üzərinə götürdüyü qeyd olunub.
Əl-Sudaninin komandiri Əbu Əli əl-Bəsri “Deyli Meil” qəzetinə verdiyi müsahibə zamanı İŞİD-in son vaxtlarda əl-Sudanidən şübhələnməyə başladığını və avtomobilinə dinləmə qurğusu yerləşdirdiyini vurğulayıb. İŞİD liderləri əl-Sudaninin kəşfiyyat orqanları ilə söhbətlərini eşitdikdən sonra onun barəsində ölüm qərarı çıxarıblar. Cəsədi hələ də tapılmasa belə, kəşfiyyatçının dəstə yoldaşları zabitin 2017-ci ilin avqustunda edam videosu yayılan 4 nəfərdən biri olduğunu düşünürlər.

Bu xəbər oxundu
- - -