Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bu il qeyri-neft sektoru üzrə 100 milyon dollara yaxın mal ixrac olunub

03.09.18, 12:54
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

2018-ci ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə 969 milyon ABŞ dolları dəyərində mal ixrac olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, “İxrac İcmalı”nın 2018-ci ilin avqust sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 969 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac 114 milyon ABŞ dolları və ya 13 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin 7 ayı ərzində Rusiyaya 353 milyon, Türkiyəyə 215 milyon, Gürcüstana 81 milyon, İsveçrəyə 78 milyon və Çinə 29 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (144 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 68 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (57 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə 2018-ci ilin 7 ayı ərzində meyvə-tərəvəz ixracı 301 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 79 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 78 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49 milyon, pambıq lifi 45 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 12 milyon ABŞ dolları təşkil edib.
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk 7 ayında elektrik enerjisinin ixracı 2,2 dəfə, pambıq ipliyinin ixracı 32 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 16 faiz, meyvə-tərəvəzin ixracı 19 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 14 faiz, kimya sənayesi məhsullarının ixracı 1 faiz artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 122 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısına Türkiyə (35 milyon ABŞ dolları) liderlik edib. Daha sonra bu siyahıda Rusiya (33 milyon ABŞ dolları), İsveçrə (9 milyon ABŞ dolları), Gürcüstan (7 milyon ABŞ dolları), Qazaxıstan (5,8 milyon ABŞ dolları) və digər ölkələrin adı var.

Bu xəbər oxundu
- - -