Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ sanksiyaları zəli kimi “Ayı“nın qanını sorur

04.09.18, 12:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ruslar qan bahasına döyüşməyi indi-indi öyrənirlər. Kreml Şərqi Ukraynada və Suriyada hərbi sərgüzəştləri davam etdirir və bu münaqişələr əhatə dairəsi ilə məhdud olsa da, ölkənin, həqiqətən, bu qədər itkiyə razılaşması möcüzə sayılmalıdır. “Strateq” “Project Syndicate”yə istinadən yazır ki, dünyanın ən böyük 11 iqtisadiyyatından biri kimi, Rusiya qısa müddətə bunla razılaşa bilər. Lakin uzunmüddətli hərbi kampaniya, – başqa məsələdir. 2008-ci ildən 2016-dək Rusiya hərbi xərclərini ÜDM-in 3,3%-inə çatdırıb. Bu, ABŞ-ın hazırkı səviyyəsinə – 5,3% yaxındır (Göstərici nüfuzlu Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna məxsusdur).
Rusiya hökumətinin öz fiskal statistikasına görə (təəccüblü şəkildə o, açıq qalır), işğal olunmuş Krımdakı mülki məsrəflər ildə təxminən 2 milyard dollar təşkil edir. Kremlin Şərqi Ukraynadakı iştirakı ilə bağlı açıq məlumatlar olmadığı halda, xərclərin təxminən eyni miqdarda olması qənaətindəyəm. Belə olan halda, Rusiya iki hərbi əməliyyata illik 4 milyard dollar, yəni ÜDM-in 0,3 faizini xərcləyir.
Ancaq hərbi xərclər xaricində Rusiya həm də itirilmiş ticarət və investisiyalara görə, eləcə də müharibələrin sonunadək ölkəni durğunluğa məhkum edəcək sanksiyalar ucbatından kifayət qədər ziyandadır. 2014-cü ilin iyul ayında ABŞ və Avropa İttifaqı Ukraynanın Donbas bölgəsinə hərbi təcavüzünə cavab olaraq Rusiyanın maliyyə, neft-qaz və müdafiə texnologiyaları sektorlarına sanksiya tətbiq edib. Bu günə qədər həmin tədbirlər təsirli olub.
Qlobal maliyyədə dollar – kraldır. Hər bir dollar ABŞ banklarından keçir, çünki dollar əməliyyatları son nəticədə ABŞ Maliyyə Nazirliyinin səlahiyyətinə aiddir. Maliyyə sanksiyaları ilə ABŞ Rusiyanı xarici investisiyalardan məhrum edir. Beynəlxalq Valyuta Fondunun (BVF) 2015-ci ilin avqustunda açıqladığı hesabata əsasən, Qərb sanksiyaları Rusiyanın real (inflyasiya düzəlişli) ÜDM-ni 1-1,5% azaldır. Lakin orta müddətli perspektivdə BVF sanksiyaların “kapital yığımının aşağı salınması və texnoloji transfertlərdə artıq azalmış məhsuldarlığın artımını zəifləyəcəyi”, ÜDM-in 9%-ə qədər itkiyə uğraya biləcəyi qənaətinə gəlib.
Dollar axını kəsildikdən sonra Rusiya şirkətlərinin borcları ödəməkdən başqa seçimi qalmayıb. Nəticədə, Rusiyanın ümumi xarici borcu 2014-cü ilin iyun ayında 732 milyard dollardan 2015-ci ilin dekabr ayında 519 milyard dollara enib və bu günə qədər həmin səviyyəyə qalıb.
Rusiyanın beynəlxalq valyuta ehtiyatları 2013-cü ilin sonunda 510 milyard dollardan azalaraq 2015-ci ilin mart ayında 356 milyard dollar təşkil edib. O vaxtdan bəri Rusiyanın davamlı və böyük cari əməliyyatları hesabına valyuta ehtiyatları 458 milyard dollar həddini ötməyib. 2015-ci ildən 2017-ci ilə qədər Rusiyaya birbaşa xarici sərmayə yatırımı, ÜDM-in illik 2%-dən az olub, yəni əvvəlki illərlə müqayisədə, demək olar ki, iki dəfə az, bu da təkcə investisiya deyil, həmçinin texnologiya idxalının azaldığını isbatlayır.
Bütün bunlar sayəsində Rusiya makroiqtisadi sabitliyi və xarici balansı saxlamağa müvəffəq olub, lakin bu, istehsalın və yaşayış səviyyəsinin enişi ilə nəticələnib. 2014-cü ildən 2017-ci ilədək olan dörd sanksiya dövründə, real gəlirlər 17% azalıb, investisiya isə 12%, lakin bu dövrdə ÜDM cəmi 0,5% aşağı enib.
Rusiya və Ukrayna bir-birinə qarşı kəskinləşən ticarət sanksiyaları tətbiq edir. Nəticədə, 2012-2013-cü illər arasında qarşılıqlı ticarət 80% azalıb. Ticarət müharibəsi Ukraynaya daha çox zərər verib; Rusiya da əhəmiyyətli ixrac bazarı və idxal edilən hərbi texnikanın əsas mənbəyini itirib. Rusiyanın ən əhəmiyyətli enerji müştərisi olan Ukrayna 2015-ci ilin noyabr ayından etibarən Rusiyadan təbii qaz idxal etməyib.
Rusiyanın Krımda və Donbasda aktivləri qamarlaması da baha başa gəlib. Məsələn, 1998-ci ilin Ukrayna-Rusiya ikitərəfli investisiya müqaviləsi çərçivəsində Ukrayna şirkətləri Haaqa Daimi Arbitraj Məhkəməsində Rusiya Federasiyasına qarşı ən azı 8 iddia qaldırıb. Ukraynanın dövlət energetika nəhəngi “Naftoqaz” və onun törəmə müəssisələri 7 milyard dollar zərərin ödənməsini tələb edir, “Oşşadbank”, “Privatbank” və “Ukrnafta” hər biri 1 milyard dollar təzminat istəyir. Bir qrup Ukrayna şirkəti artıq məhkəmədə qalib gəlib, qalanları eyni şəkildə prosesi davam etdirir. Buna görə də, Rusiyanın qeyri-qanuni müsadirələri ona ən azı 10 milyard dollara başa gələcək.
“Naftoqaz” da Rusiyanın enerji nəhəngi “Qazprom”a qarşı uğurlu bir iddia qaldırıb. Fevral ayında Stokholm Arbitraj Məhkəməsi iki şirkət arasında razılaşmanın pozulmasına görə “Qazprom”un “Naftoqaz”a 2,56 milyard dollar həcmində təzminat verməsi barədə qərar çıxarıb. “Qazprom” bu günədək təzminat ödəməni rədd edir və “Naftoqaz” aktivləri xaricə keçirməklə buna cavab verib. “Qazprom”un kommersiya arbitraj qərarına etinasızlığı həqiqətən çox baha başa gələ bilər. Ukraynadakı münaqişənin həll edilməməsi ilə əlaqədar sanksiyalar uzun müddət davam edəcək.
Sanksiyalar zəli kimidir, münaqişələr çoxaldıqca onlar da çoxalır. Məsələn, aprel ayında ABŞ 2016-cı ilin prezident seçkilərinə Rusiyanın müdaxiləsinə cavab olaraq əlavə sanksiyalar tətbiq edib. Yeni tədbirlər rus rubluna və fond bazarına güclü zərbə vurub. İndi ABŞ Konqresi Putin və Trampın bu yay Helsinkidə şübhəli zirvə görüşündən sonra yeni hücuma başlayıb. Keçən il sanksiyaları pozanlara qarşı qanun qəbul edərək, Konqresin ikipartiyalı koalisiyası tezliklə Rusiyanın suveren borcuna və dövlətin maliyyə qurumlarına daha ölümcül zərbə vuran yeni sanksiyaları təsdiqləyəcək. Daha çox sanksiya təhdidi artıq indidən Rusiya bazarını silkələyib.
Rusiyanın illik artım tempi 1,5% anemiyası ilə yerində saysa da, hərbi təcavüzlə bağlı illik mülki, hüquqi və digər aidiyyəti xərcləri hazırda ÜDM-nin ən azı 3-4%-ini təşkil edir – 45-60 mlrd. $. Kreml hələlik bunun öhdəsindən gəlir. Amma gec-tez bu xərclər ciddi siyasi nəticələrə səbəb olacaq.

Bu xəbər oxundu
- - -