Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Vaşinqton İranda rejimi dəyişdirməyə çalışmır

05.09.18, 7:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vaşinqton İranda rejimin dəyişdirilməsinə səy göstərmir və bu dövlətlə bağlı siyasətini onun əhalisinə qayğı ilə izah edir.
TASS xəbər verir ki, bu iddia ilə çərşənbə axşamı Birləşmiş Ştatların BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli Amerikanın BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlanması münasibəti ilə keçirilən mətbuat konfransında deyib.
Ona ABŞ-ın İranda rejimin dəyişdirilməsinə nail olmağa çalışıb-çalışmaması ilə bağlı sual ünvanlanıb.
“İranla bağlı strategiya çox sadədir, biz diqqəti onların etdiklərinin mənfi tərəflərinə yönəltməyə çalışırıq, biz diqqəti hazırda müşahidə etdiyimiz Təhlükəsizlik Şurası qətnamələrinin pozulmasına cəlb etmək istəyirik”, – deyə o cavab verib.
Diplomat həmçinin əmin edib ki, ABŞ var qüvvəsi ilə yaxşı yaşamağı arzulayan İran xalqının səsinin eşidilməsinə köməklik göstərir.
Heylinin iddiasına görə, İran hakimiyyəti ölkə vətəndaşlarını ən müxtəlif üsullarla sıxışdırır və ona dövlətin siyasi həyatında iştirak etməyə imkan vermir.
“Biz İran xalqını dəstəkləyəcəyik”, – deyə Heyli iddia edib.
“İş rejimin dəyişdirilməsində və növbəti liderin kim olacağında deyil. İşimiz İran xalqına dəstək olmaq və onların hökumət tərəfindən eşidilməyə tam haqlarının çatdığını və əgər düzgün istiqamətdə getmirsə, onu dəyişdirmək hüququna malik olduğunu bəyan etməkdir”, – deyə ABŞ rəsmisi bildirib.

Bu xəbər oxundu
- - -