Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putinin virtual əsgərləri

06.09.18, 8:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Onlayn müharibədə iştirak edən trollar necə müəyyənləşdirilib?

Hazırda informasiya müharibəsi daha geniş yayıldığı üçün müxtəlif hökumətlərin casusları sosial media və deməli, insanların düşüncəsi, siyasi davranışı və demokratiya ilə manipulyasiya edirlər. Odur ki, sıradan bir insanlar informasiya savaşçılarının nə etdikləri və onların necə təsir göstərdiyi barədə daha çox məlumat almalıdırlar.
Rusiya hökumətinin maliyyələşdirdiyi qruplardan biri “Rusiya Araşdırmaları Agentliyi” adlı troll firmasıdır. O, fevral ayında xüsusi məsləhətçi Robert Möllerin Rusiyanın 2016-cı ilin prezident seçkilərinə təsir göstərmə istiqamətli fəaliyyətinin araşdırılmasına əsasən, ABŞ federal iddianaməsində yer alıb.
Həmin qrupun fəaliyyətinə dair keçirdiyimiz son tədqiqatlar göstərir ki, təbliğat-təşviqat trollarını müəyyənləşdirmək və onları müntəzəm internet istifadəçilərindən ayırd etmənin bəzi üsulları var.
ABŞ Konqresinin təhqiqatı ilə müəyyən olunmuş siyahıya əsaslanaraq, “İnternet Araşdırmaları Agentliyi” tərəfindən nəzarət edilən 1024 “Twitter” hesabında yerləşdirilmiş 27 291 “tweet”ə nəzər yetirdik. Rusiya hökumətinin bu troll təsərrüfatı diqqəti Şarlotsvil etirazları, İŞİD kimi xüsusi təşkilatlar, Donald Tramp və Hillari Klinton ilə bağlı siyasi mövzularla, dünya hadisələri barədə “tweet”lərə cəmləşdirib.
Bu internet tədqiqat təşkilatı həm sol, həm də sağ siyasi fikirli onlayn icmalara sızıb və onlara təsir göstərib. Hər iki tərəfin “sahilini yuyub aparmaqla”, o, siyasi spektrlər arasında qarşıdurma yaratmağa kömək edib.
Üstəlik, bu troll firma hesabları sıravi onlayn istifadəçilərindən fərqli davranıb. Məsələn, yaşayış yerlərini elan edərkən, onlar ölkənin adını qeyd edib, lakin konkret şəhərin adını çəkməyib, yaxud şəhərin adını yazsalar da, həmin ölkədə belə bir şəhər yoxdur.
Bu, normal davranış deyil: “Twitter” istifadəçilərinin əksəriyyəti dövlət və ya şəhərin adını qeyd edir. Lakin sözügedən 1024 “Twitter” hesabında Rusiya trolları üçün ən ümumi yer təyinatı “ABŞ”, ardından “Moskva”, “St. Peterburq “və ya sadəcə “Rusiya” qeydi var.

Bu xəbər oxundu
- - -