Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Paşinyandan Moskvanı qəzəbləndirən addım

07.09.18, 7:45
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Paşinyanın antirusiya mövqeli təyinatları Moskvanı narahat edir. Bu barədə “Joxovurd” qəzeti yazır. Söhbət uzun illər ərzində Rusiyaya düşmənçilik münasibəti bəsləyən, bu ölkənin rəhbərliyinin ünvanına təhqiredici bəyanatlarla çıxış edən şəxslərdən gedir. Bu gün bu adamlar Paşinyan hökumətində yüksək postlar tuturlar. Açar fiqurlar arasında – Təhlükəsizlik Şurasının katibi, dövlət xidmətinin rəisi və başqaları var.
Qəzet öz mənbələrinə istinadla yazır ki, Moskva açıq şəkildə müntəzəm olaraq bu şəxslərin Ermənistanın hakim elitasında təmsil edilməsinin arzuolunmaz olduğunu nümayiş etdirir. Çünki Rusiya onlara sadəcə etibar etmir.
“Joxovurd” iddia edir ki, Rusiya tərəfi Paşinyanın bir sıra yüksək rütbəli məmurunun hərbi siyasi xarakter daşıyan sənədlərlə tanış olmasına imkan vermir. Düşünürlər ki, bu sənədlər Amerikanın əlinə keçə bilər.
Bu da Rusiya prezidenti Vladimir Putinlə görüş ərəfəsində Paşinyanın daha bir böyük problemidir. "Baş nazirin keçirdiyi kadr islahatları bizim üçün qəbuledilməzdir” - Moskvada belə hesab edirlər.
"Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib ki, Nikol Paşinyanın Ermənistan hakimiyyətində ömrü çox uzun olmayacaq. Artıq onun özü də bunu dərk etməyə başlayır.
Onun sözlərinə görə, Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi yaxşı olacağı ilə bağlı verdiyi bəyanatlar, onun guya əvvəlki Yerevanın Moskvaya münasibətdəki siyasətinə sadiq olacağı ilə bağlı söylədikləri yalana hesablanıb: “Onun davranışları, atdığı addımlar ondan xəbər verir ki, Paşinyanın Qərbə meylliyi var. O Qərblə, xüsusilə də Amerika ilə münasibətləri daha çox üstünlük verməkdədir. Onun ətrafında olan məmurların əksəriyyəti də qərbyönümlü adamlardır. Onlar bunu öz fəaliyyətlərində, çıxışlarında da birmənalı şəkildə bildirirlər. Təbii ki, bu Rusiyanın ürəyincə deyil. Çünki Ermənistan adlı bir dövləti əslində Rusiya yaradıb. Tarixdə belə bir dövlət olmayıb. Rusiya özünün imperiya gücü hesabına, öz silahı gücünə bunu Azərbaycan torpaqlarında Rusiya yaradıb. Ona görə də Rusiya heç zaman Ermənistanı öz dairəsindən kənara çıxmağa imkan verməyəcək.
Artıq rəsmi Kreml bununla bağlı konkret addımlar atıb və Ermənistana olan maddi yardımlar dayandırılıb. Eləcə də Ermənistana olan münasibətdə artıq bir soyuqluq var və erməni sahibkarlar Rusiyada incidilməyə başlanıb. Bunlar hamısı Kremlin Paşinyan hakimiyyətinə olan münasibətinin təzahürləridir. Əlbəttə ki, Paşinyan belə davam edərsə, daha sərt münasibət görəcək. Ona görə də o çox ciddi cəhdlə Putinlə görüşür”.
Politoloq Vasif Əfəndiyev isə bildirib ki, Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov bu gün Ermənistan baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək növbəti görüşdə açıq və ciddi danışıqların olacağını qeyd edib. Əslində bu bəyanat Paşinyana yönəlmiş xəbərdarlıqdır və “açıq və ciddi danəşıqlar” terminin işlədilməsi Ermənistanın Rusiyaya qarşı mövqeyinin dəqiqləşdirilməsi tələbidir”.
Onun sözlərinə görə, Ermənistanda baş vermiş siyasi hakimiyyət dəyişikliyi Rusiyanın gözləmədiyi və nəzarət edə bilmədiyi bir proses idi: “Hadisələrin arxasınca sürünən Rusiya revanş götürmək niyyətindədir. İndiyə qədər Putin Paşinyanla iki dəfə görüşərək 3 dəfə telefon danışıqları aparıb. Göründüyü kimi bu görüşlərin konkret nəticələri olmayıb və Paşinyan Rusiya qarşısında “Qarabağ klanı” dövründəki güzəştləri təkrarlamaq niyyətində deyil. Meydanlarda erməni xalqına gen –bol vədlər verən Paşinyan korrupsioner “Qarabağ klanını” tərəfindən ciddi maneyəyə rast gəlib. Bu klanın Putin tərəfindən idarə olunduğu da sirr deyil. Görünür Putin rusiyayönümlü olmayan bir iqtidara iqtisadi dəstək vermək niyyətində deyil.
Bəzi ekspertlər bu görüşün baş verməsini Paşinyanın istəyi kimi qələmə versələr də gerçəkdə danışıqların davam etməsini tələb edən tərəf Rusiyadır. Bu görüşdən Paşinyanın da istəkləri var. Bu ilin əvvəlindən torpaqlarımızın işğaldan azad olunması istiqamətində ciddi irəliləyişlərin olduğu göz qabağındadır. Bu günlərdə türk dövlət başçılarının görüşündə Prezident İlham Əliyevin , Türkiyə prezidenti Rəcəb Tayyip Əroğanın və türk dünyası ağssaqqalı adını almış Nursultan Nazrabayevin prinsipial mövqeyi Ruisya və Ermənistan siyasi hakimiyyətini çıxılmaz vəziyyətə qoyub. MDB dövlətləri tərəfindən Rusiya və Ermənistandan Qarabağla bağlı “ciddi və açıq mövqeyin” ortya qoyulması tələb olunacağı gün uzaqda deyil”.

Bu xəbər oxundu
- - -