Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı Ali Neft Məktəbi Rusiya şirkəti ilə əməkdaşlığa başlayır

07.09.18, 12:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bakı Ali Neft Məktəbində (BANM) Rusiyanın “R-Pharm” yüksək texnologiyalı əczaçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib. BANM-dən bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov şirkətin Moskvadakı baş ofisinin kadr hazırlığı departamentinin rəhbəri Yekaterina Repkina, daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Mariya Teplova və şirkətin Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Kəmalə Bayramova ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.
Y.Repkina şirkət haqqında məlumat verib. Qeyd olunub ki, 2001-ci ildə Moskvada qurulan “R-Pharm” şirkətinin doqquz ölkədə 60-dan çox filialı və 3600-dən artıq əməkdaşı var. “R-Pharm” şirkəti tələbələrin xüsusi təlim proqramlarına, təcrübəyə və işə cəlb edilmələrində maraqlıdır. Y.Repkina BANM-in müəllimlərini şirkətin müxtəlif ölkələrdəki laboratoriyaları və tədris proqramları ilə tanış olmağa dəvət edib. M.Teplova “R-Pharm” şirkətinin xüsusilə kimyaçı və avtomatlaşdırma mühəndislərinə ehtiyacı olduğunu vurğulayıb.
Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri K.Bayramova bildirib ki, şirkətin Azərbaycanda yerləşən və cari ilin sonuna təhvil verilməsi planlaşdırılan zavodunun kimya sənayesi və avtomatlaşdırma prosesləri sahəsində bilikli və istedadlı kadrlarla təmin olunması nəzərdə tutulub. Məhz bu səbəbdən “R-Pharm” şirkəti BANM-in tələbə və məzunları ilə görüşmək, onları şirkətin hazırladığı tədris proqramlarına və eyni zamanda, təcrübəyə cəlb etmək, sonda isə iş təklifi etmək niyyətindədir.
Rektor E.Qasımov əczaçılıq şirkəti ilə əməkdaşlığın BANM üçün yeni bir sahə olduğunu deyib, bu ali məktəbin kimya mühəndisliyi kafedrası və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə şirkətin əməkdaşlığının uğurlu olacağına əminliyini bildirib. Görüşdə, həmçinin BANM ilə “R-Pharm” şirkəti arasında əməkdaşlıq haqqında memorandumun şərtləri, şirkətinin tələbələr üçün təqdimatının təşkil olunması kimi məsələlər müzakirə edilib.

Bu xəbər oxundu
- - -