Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı”

07.09.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bilik Fondu maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal Heydər Əliyev Mərkəzində “Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı” mövzusunda tədbir keçirilib.
Fonddan bildiriblər ki, tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, dini məsələlər üzrə komissiyanın sədri Elçin Rzayev ölkədə dini maarifləndirmə istiqamətində aparılan işin əhəmiyyətindən söz açıb. Bilik Fondu ilə birgə müxtəlif mövzularda maarifləndirici tədbirlərin təşkil olunmasının ənənəvi hal aldığı diqqətə çatdırılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri vəzifəsini icra edən Cahandar Əlifzadə “Ənənəvi islami dəyərlər və müasirlik” mövzusunda mühazirə oxuyub. O, İslam dininin qardaşlıq, sülh, bərabərlik dini olduğunu vurğulayıb, bu baxımdan İslam fəlsəfəsinin geniş kütlələrə çatdırılması istiqamətində alimlər qarşısında hələ çox mühüm vəzifələr durduğunu, yeni açılmış Azərbaycan İlahiyyat İnstitutunun mövcud elmi mübahisələrin həlli yolunda xüsusi rol oynayacağını söyləyib.
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “İslami dəyərlər və dini ekstremizm: hüquqi yanaşma” mövzusunda çıxışında milli mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusion-hüquqi əsaslarından danışıb, “Dini ekstremizmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını şərh edib. İslam dininə aid ayin və mərasimlərin aparılması hüququnun yalnız Azərbaycan vətəndaşlarına mənsub olduğunu xatırladan aparat rəhbəri xaricdə dini təhsil almış vətəndaşların bu qəbildən olan tədbirlərdə iştirakının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra mümkün olduğunu deyib. Çıxış edənlər onu da bildiriblər ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır, gənclərin mənəviyyatının zənginləşməsinə təkan verir.

Bu xəbər oxundu
- - -