Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriya dramında həlledici an

07.09.18, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şam və Ankara arasında razılaşma üçün Kreml dəridən-qabıqdan çıxır

Son aylarda Rusiyanın Suriyadakı siyasəti nisbətən dəyişib. Kremlin əsas hərbi qüvvə və Suriya hökumətinin əsas dəstəkçisi olaraq qalır, lakin Rusiyanın münaqişəyə yanaşmasının təbiəti fərqlidir. Rusiya hərbçiləri məhdud hava dəstəyinə cəmləşərək, terrorçu qruplara qarşı yerüstü əməliyyatlarda az iştirak edirlər. Moskva siyasi prosesə və Suriya hökumətinin hərbi müvəffəqiyyətlərinə daha çox diqqət yetirməyə başlayıb. Şam isə müxalifətlə dialoqa daha çox meyl göstərir və digər terrorçu qrupları məğlub etmək üçün mürəkkəb üsullar nümayiş etdirir.
“Strateq” “Middle East Eye”ə istinadən yazır ki, bu, barışıq mühiti yaradır və radikal silahlı qrupların çıx-daş ediləcəyinə siqnaldır. Həm də bu, Moskvanın mövqeyini gücləndirir, bölgə aktyorları və Qərbə Dəməşqin müsbət şəkildə dəyişdiyini ifadə edir. Ancaq Rusiya Suriyada siyasi sahədə praktik nəticələri göstərməlidir. Moskva öz sərhədlərindən kənarda uğurlu hərbi kampaniya aparmağa qadir olduğunu dünyaya bildirib. İndi siyasi və humanitar aspektlər qüvvəyə minir və onlar daha da çətin, davamlı və bahalı olacaq.
Moskva Suriya nümunəsində xaosdakı bir ölkəyə olan yanaşmasının ABŞ-dan daha müvəffəqiyyətli olduğunu da dünyaya göstərmək istəyir. Suriyanı sabitləşdirmək və bərpa etmək Rusiyanın əsas məqsədidir. Lakin hətta Çin, İran və Türkiyənin köməyi ilə belə o, Suriyanı yenidən qura bilməyəcəyini anlayıb. Qərb və Körfəz ölkələrini də gəmi göyərtəsinə götürməyə ehtiyacı var. Amma Qərb ölkələri, xüsusilə də ABŞ, nağd pul vermək istəmir və Bəşər Əsəd hökumətinin hakimiyyətdə olması fikrinə qatılmır. Buna görə də, o, siyasi keçidə israr edir, bu da son nəticədə Əsədin sıxışdırılmasına gətirib çıxarır – uzun müddət münaqişə tərəfləri arasında müzakirələr mərkəzində duran problem.
Eyni zamanda, Moskva qərbli tərəfdaşlarla və regional aktyorlarla əməkdaşlığı tələb edən qaçqınların qaytarılması üçün layiqli şərait yaratmalıdır. Həm də geniş miqyaslı yenidənqurma prosesi başlamalıdır. Moskva məqsədlərinə yetişmək üçün yüz minlərlə suriyalı qaçqını gəmisinə götürmüş Aİ ölkələri üçün ən mübahisəli və həssas məsələlərdən birini istifadə edir. O, Avropaya qaçqın yükünü asanlaşdırmaq və suriyalılar üçün evə qayıtma şəraiti yaratmaq təklifini irəli sürüb.
Avropalı tərəfdaşlarını Suriyanın yenidən qurulmasında iştirak etməyə razı salmaq üçün Kreml əlindən gələni edir. İran burada bir amil ola bilər: Aİ və Körfəz ölkələri yenidənqurma prosesinə qatılmaqdan imtina edirsə, Suriyada İrana daha çox yer ayrılır. Həmçinin, bəzi regional və qlobal güclər üçün yenidənqurma əməliyyatı Suriyada İranın varlığını məhdudlaşdırma şansı verir.
Körfəz ölkələri bu dinamikanı anlayır, bu da son dövrlərdə Rusiyaya Səudiyyə, BƏƏ və Qatari liderləri tərəfindən edilən səfərlərlə təsdiqlənir. Həmin dövlətlərdə Suriya artıq bitmiş oyundur və onlar iqtisadi vasitələr, İranın məhdudlaşdırılması yolu ilə itkilərini minimuma endirmək istəyirlər.
İdlib ətrafında vəziyyət mürəkkəbləşir. Suriyadakı son hərbisizləşdirilən zona və üsyançılar üçün təhlükəsiz liman bir müddət Türkiyənin təsir mərkəzi olub. Ankara orada müxalif qruplara dəstək verməkdədir. Astan müqavilələrinə görə, bu ərazidə təhlükəsizliyi təmin etmək üçün Türkiyə 12 müşahidə postu qurub.
Ankara da Rusiyanın ortağı və Astana prosesinin zaminidir. Moskva Suriya münaqişəsinə öz yanaşmasını təsdiqləmək və Qərb-NATO-nun tənqidlərinə qarşı Ankara ilə uzlaşdırmaq istəyir. Amma Suriya siyasətində ardıcıl olmaq üçün Rusiyanın son olaraq İdlibi Suriya hökumətinin nəzarətinə qaytarması vacibdir və eyni zamanda, o, Türkiyə ilə qarşıdurmadan çəkinir.
Son aylarda İdlib əyalətindən Latakiya vilayətindəki Rusiya hərbi personalına qarşı hərbi və aeronavtika hücumları baş verib. Türkiyə və Suriya hökumətlərini məqbul bir plana yönəltmək üçün Moskva qanuni səbəb göstərməlidir. Rusiyanın suriyalı qaçqınların evlərinə dönməsi ilə bağlı yeni prioriteti də nəzərə alınmalıdır. Türkiyə bu məsələdə ən əhəmiyyətli tərəfdaş olaraq görülür, çünki ən çox qaçqın – üç milyon nəfər onun ərazisində məskən salıb. Rusiya və Şamın İdlibə qarşı geniş miqyaslı hərbi hücumu – son çarədir, çünki Türkiyənin sərhədlərində böyük bir qaçqın axını meydana gətirər.
Çox güman ki, Moskva, Ankara və Şam arasında razılaşma bölgədəki hər bir tərəfin hərbi varlığının təbiətini təyin edəcək. Ankaranı ABŞ-a yönəldəcək Suriya və Türkiyə əsgərləri arasında birbaşa qarşıdurma riski az ehtimal olunandır. İdeal olaraq, Rusiya İdlibə dair Türkiyə və Suriya hökumətinin silahlı qruplara qarşı məhdud birgə hücumu və qaçqınların qaytarılması üçün humanitar plan hazırlayan həll yolu tapmaq istəyir.
Digər mühüm amil İdlib və Suriyanın şimalında istənilən formulun tərkib hissəsi olan kürdlərdir. Suriya kürdləri ilə Şam arasında və kürd qrupları ilə Rusiya arasında əlaqələr sıxlaşıb. Kürdlər, neft-qaz yataqları və neftayırma zavodlarının gəlirlərin bölüşdürülməsi, onlara bir növ, muxtariyyət müqabilində Dəməşqlə razılaşa bilər. İdlibdə vəziyyəti hazırda yolayrıcı kimi xarakterizə etmək olar. Rusiya və tərəfdaşlarının status-kvonu saxlaya biləcəyi və ya yeni, daha mürəkkəb bir reallıqla üzləşəcəyi tezliklə aydın olacaq.

Bu xəbər oxundu
- - -