Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

FHN maarifləndirmə tədbiri keçirib

07.09.18, 14:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti sentyabrın 7-də paytaxtın Sabunçu rayonu Pirşağa qəsəbəsinin dənizkənarı ərazilərində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Görüşdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması və texniki baxışdan keçirilməsi, gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri xilasedici vasitələr, onların təsnifatı və istifadə qaydaları haqqında da maarifləndiriliblər.
Sonda tədbir iştirakçılarına kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı qaydalarını və təchizatı üçün minimum tələbləri özündə əks etdirən broşürlər paylanılıb.

Bu xəbər oxundu
- - -