Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə təhdidin qarşısını alır”

10.09.18, 8:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycanın Xorvatiya ilə diplomatik əlaqələri hələ 1995-ci ildən qurulub. Ölkələrimiz arasında istər siyasi-iqtisadi, istərsə də mədəni və digər sferalarda hər zaman müsbət tendensiyalar mövcud olub”. Bu sözləri siyasi şərhçi Arzu Nağıyev deyib. Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfər etməsi, eləcə də qarşılıqlı şəkildə Xorvatiya prezidentinin Azərbaycana gəlməsi mühüm əhəmiyyət kəsb edən məqamlarla yadda qalıb: “Görüşlərlə bağlı “Zaqreb” bəyannaməsi də imzalanıb, həmçinin Xorvatiya ilə Azərbaycan arasında enerji təhlükəsizliyinə dair müvafiq sənədlər var.
Azərbaycan Avropanın, eləcə də Xorvatiya enerji təhlükəsizliyinə təhdidin qarşısını alır. Gələcəkdə Xorvatiya ərazisində müvafiq qaz terminallarının yaradılması da nəzərdə tutulur”.
Arzu Nağıyevin fikrincə, kiçik həcmli gəmilərin inşası və gəmiqayırma sahəsində müəyyən addımlar da atıla bilər: “Turizm, infrastruktur, informasiya texnologiyaları sahələrində də əməkdaşlıq əlaqələrimiz mövcuddur. Xorvatiya minalardan təmizlənmə sahəsində çox böyük təcrübəyə malikdir. Düşünürəm ki, Azərbaycan bu sahədə də dost ölkədən yararlana bilər.
Son imzalanan müqavilələr də onu göstərir ki, bizim mədəni əlaqələrimiz yüksək səviyyədə inkişaf edəcək. Azərbaycanın tranzit ölkə kimi Avropa İttifaqına daxil olan Xorvatiya ilə münasibətlərinin daha da yaxınlaşması ölkələrimiz üçün vacib məsələdir”.

Bu xəbər oxundu
- - -