Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Humanitar missiyanın Hələbdə aparılmasındakı əsas məqsəd....

10.09.18, 9:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ötən həftə ərzində Ermənisan baş naziri erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərə biləcəyini bildirmişdi. Bir sözlə, Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əlehdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edə biləcəyini vurğulamışdı. Görünür, Paşinyan üçün Putinlə görüş gözlənilən şəkildə keçməməsindən xəbər verir”. Bu fikirləri analitik Ehtiram Aşırlı səsləndirib: “Belə ki, Ermənistan baş naziri “Sputnik Ermənistan”a müsahibəsində “Ermənistan humanitar missiyanı Suriyada, xüsusilə də Hələbdə aparacaq” şəklində açıqlamayla çıxış edib. Həmçinin o, "Mən bunu artıq rəsmi olaraq söyləyə bilərəm. Layihənin əsas məqsədi, Hələb və Suriyanın erməni icmasına köməklik göstərməkdir. Müdafiə Nazirliyinin erməni humanitar missiyasının nümayəndələri Ermənistan bayrağı altında çıxış edəcəklər "-deyə bildirib. Bununla da Ermənistan ordusunun hərbçilərinin Rusiya Silahlı Qüvvələri tərkibində iştirak etməyəcəyini bildirmiş oldu”.
Onun sözlərinə görə, ayrıca humanitar missiyanın Hələbdə aparılmasındakı əsas məqsəd Hələb ermənilərinin dəstiyini almaqdır: “Xüsusilə də Hələb erməniləri Yaxın Şərq erməni diasporları içərisində əhəmiyyətli mövqe tutur. Hətta çox ədəbiyyatda Suriya erməni diasporu yerinə Hələb erməni diasporu ifadəsi işlədilir. Beləliklə, N.Paşinyan erməni diasporlarının bir-bir dəstəklərini almaqla ölkəni iqtisadi böhrandan xilas etməyə çalışır. Beləliklə, N.Paşinyan Suriya erməni diasporunun Qarabağ məsələsində dəstəyini almaqla kifayətlənməyib, ehtimal ki, gələcəkdə Suriyada döyüşən ermənilərin Qarabağda məskunlaşmasını planlaşdırır”.

Bu xəbər oxundu
- - -