Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ATƏT etibarını itirir

10.09.18, 9:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ukraynanın şərqindəki münaqişə həll olunmayınca, ATƏT öz etibarını bərpa edə bilməyəcək.
Bunu Polşanın xarici işlər naziri Yatsek Çaputoviç ATƏT-in insan ölçüsü sahəsində öhdəliklərin yerinə yetirilməsi üzrə iclasında deyib.
“Ukraynanın şərqində davam edən silahlı münaqişə bu gün də ATƏT üçün başlıca təhdid olaraq qalır. Münaqişə nizamlanmadığı müddətcə, təşkilata olan inam şübhə altında olacaq”, – deyə Çaputoviç bəyan edib.
Qeyd edək ki, 2014-cü ilin Maydan hadisələrindən etibarən Şərqi Ukraynada – Donbassda hökumət qüvvələrilə qarşıdurma indiyədək davam edir. Donbass əyalətində yerləşən Luqansk və Donetsk münaqişə rayonlarıdır və özlərini “müstəqil” respublika elan etsələr də, beynəlxalq birlik tərəfindən tanınmırlar. Ukrayna böhranının 2014-cü il Minsk razılaşmaları üzrə nizamlanmasilə Rusiya, Ukrayna, Almaniya və Fransanın iştirakilə “Normand formatı” məşğul olur. BMT-nin statistikasına əsasən, 10 mindən çox insan Ukraynadakı münaqişənin qurbanı olub.

Bu xəbər oxundu
- - -