Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan danışıqlar prosesinin bitdiyini demək istəyir”

10.09.18, 10:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiyanın ermənipərəst dairləri Ermənistan baş nazirinin sirlərini açır.
Erməni KİV-ləri Paşinyanla Putinin Moskva görüşü barədə fal açmaqdadır.
Hətta narıncı inqilab günlərində Nikol Paşiyanın sadiq dəstəkçisi olmuş "1in.am" portalı da ehtimallarla danışır və bildirir ki, ola bilsin, Paşinyan Ermənistan ordusunun Rusiyanın müttəfiqi kimi Suriyada vuruşmasına razılıq verib. Portal bu məsələni uzun-uzadı şərh edərək bunun Ermənistanın Qərblə münasibətlərini korlayacığını, hətta Serj Sarkisyanın bu məsələyə razılıq vermədiyini bildirib.
Həm də portal danışıqlar zamanı Qarabağ məsələsinin müzakirə edilmədiyini də vurğulayıb. Eyni məsələyə Rusiyanın ermənipərəst "Regnum" portalı da toxunub. Amma burda məsələyə başqa qoyuluşdan yanaşılıb.
Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya səfəri zamanı “Kommersant”a müsahibə verib. Paşinyan müsahibədə həm Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlar, həm Qarabağa dair mövqeyi barədə danışıb. Və növbəti dəfə deyib ki, Azərbaycanla ancaq Ermənistanın baş naziri kimi danışıqlar apara bilər, Dağlıq Qarabağın adından danışmağa isə onun səlahiyyəti yoxdur.
“Mən Ermənistanın baş naziriyəm və danışıqlarda Ermənistan adından iştirak edə bilərəm. Lakin mən Dağlıq Qarabağın adından danışa bilmərəm. Dağlıq Qarabağ “xalqı” Ermənistanda hakimiyyətin formalaşması prosesində iştirak etmir. Onların öz hakimiyyəti, öz hökumətləri, prezidenti var”-Paşinyan belə deyib.
Xatırladaq ki, Paşinyan bu mövqeni ilk dəfə hakimiyyətə gəlişinin ardınca Dağlıq Qarabağa etdiyi səfər zamanı dilə gətirmişdi. Və onun həmin bəyanatı Ermənistanın özündə də ciddi təəcüb və tənqidlə qarşılanmışdı.
Ermənistanın baş nazirinə görə, Dağlıq Qarabağ danışıqlarda öz “legitim nümayəndəsi” ilə təmsil olunmalıdır. “Lakin bu o demək deyil ki, biz danışıqlardan imtina edirik, istənilən vaxt danışıqlara hazırıq. Amma Qarabağı Qarabağın nümayəndəsi təmsil etməlidir”-o bildirib.
Paşinyana görə əslində o, “sensasion heç nə demir”. Minsk Qrupu həmsədrlərinin bəyanatlarında deyilir ki, Dağlıq Qarabağın yekun statusu bölgə əhalisinin öz müqəddəratını təyin etməsi hüququ əsasında həll edilməlidir. “Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişə tərəflərindən biridir və onun iştirakı olmadan hansısa həll yolu mümkün deyil”-Paşinyan belə deyib.
“Lakin elə məsələlər var ki, Ermənistandan asılıdır. Mən hətta Ermənistan tərəfindən Azərbaycan ərazisi olduğu etiraf edilən yeddi rayon haqda danışıram. Onların qaytarılması haqda söhbət çoxdan gedir, lakin prosesdə irəliləyiş yoxdur”-“Kommersant”ın əməkdaşı Vladimir Solovyov deyib.
Paşinyan isə deyib ki, həmin rayonlar “Dağlıq Qarabağın ərazisidir”. “Hazırda Dağlıq Qarabağın konstitusiyası var. Konstitusiyaya görə həmin ərazilər Dağlıq Qarabağın tərkib hissəsidir”-o bildirib.
Xatırladaq ki, Paşinyan Moskvada erməni biznesmenlərlə görüşündə Dağlıq Qarabağın “Ermənistanın tərkib hissəsi olduğunu” demişdi.
“Bu cür yanaşma ilə nəsə irəliləyiş gözləmək çətindir. Azərbaycan bunu heç vaxt qəbul etməz. O zaman danışmağa nə qalır ki?”-jurnalist Paşinyanla polemikaya girib.
Ermənistanın baş naziri isə deyib ki, onlar kompromislərin mümkünlüyünü müzakirə edə bilərlər, ancaq bir şərtlə ki, Azərbaycan da kompromislərə hazır olsun. “Tez-tez soruşurlar ki, Ermənistan hansısa kompromisə hazırdırmı? Amma heç kim soruşmur ki, Azərbaycan buna hazırdır?”-Paşinyan bildirib.
Ermənistanın hakimiyyət dairələri Dağlıq Qarabağ məsələsi üzəridə ənənəvi siyasi manipuliyasını davam etdirməkdədir. İndi də işğalçı ölkədə hakimiyyəti qəsb etmiş yeni baş nazir Nikol Paşinyan sözügedən ənənəyə sadiqlik nümayiş etdirməkdədir. Belə ki, yeni baş nazir indiyə qədər münaqişənin silh yolu ilə nizamasalınması istiqamətində aparılan danışıqların mahiyyətindən yayınaraq mövcud status-kvonu saxlamağa çalışır. Elə bu səbədən də heç bir əsası olmayan, bu vaxta qədər aparılan danışıqlar formatında qəbul edilməyən iddialarla çıxış edir. Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri S.Lavrovla görüşündə bildirmişdi ki, hüquqi və mənəvi baxımdan onun Dağlıq Qarabağın adından Azərbaycanla danışıqlar aparmağa haqqı yoxdur. Əsas arqument kimi o, "DQR"-in parlamenti, prezidenti və hökuməti olan müstəqil ölkə" olduğunu; onun baş nazir seçilməsində dağlıq Qarabağ ermənilərinin iştirak etmədiyi barədə iddialar irəli sürmüşdü. Bu dəfə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya səfəri zamanı Qarabağla bağlı düşünülməmiş bəyanat verib. Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi gördüyünü bəyan edən Paşinyan, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcəklərini bildirib. Paşinyanın bu bəyanatı Qarabağla bağlı diplomatik danışıqlara vurulan ciddi zərbə kimi dəyərləndirilə bilərmi?
Onu da qeyd edək ki, işğalçı dövlətin təmsilçisi elə iddialarla çıxış edir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların bərpası qeyri-müəyyən müddətə təxirə salınsın. Əslində belə fikirlərin ortaya atılması Paşinyanın hakimiyyətini möhkəmlətmək üçün daha çox lazımdır. Nəzərə almaq lazımdır ki, bu ölkədə ikihakimiyyətlik hökm sürür, qanunverici orqanla icra hakimiyyəti arasında ciddi ziddiyyətlər mövcuddur. Əks halda birmənalı şəkildə qeyd etmək olar ki, Paşinyanın səsləndirdiyi fikirlər Dağlıq Qarabağla bağlı aparılan danışıqların mahiyyətinə daban-dabana ziddir. Rəsmi Bakı isə Paşinyanın Qarabağa dair populist və avantürist açıqlamalarına əsasən reaksiya vermir və Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətlərin yolu ilə getməyəcəyinə ümid edir. Lakin belə görünür ki, erməni inqilabının liderinin Qarabağ məsələsində nəinki hansısa konstruktivlik nümayiş etdirmək niyyəti yoxdur, eləcə də o ümumiyyətlə danışıqlar aparmaqda maraqlı deyil.
Politoloq Tofiq Abbasov deyib ki, Paşinyan danışıqlara maraq göstərmədiyini təsdiqlədi: "Paşinyan bu fikri baş nazir olan qədər də bir neçə dəfə, hətta parlamentdə də səsəlndirmişdi. Lakin ciddi bir dəstəyə nail olmamışdı. Indi isə o, bu fikri rəsmi bir şəxs kimi səsləndirir. Qarabağ problemi hələ sovet dönəmində başlamışdı. Onlar Qarabağın Ermnistana birləşdirilməsinə hələ o zaman çalışırdılar. Müstəqillikdən sonra isə onlar bunu transfer etdilər. Bildirdilər ki, sən demə Qarabağ erməniləri Ermənistana birləşmək eşqindədirlər və öz müqəddaratlarını Azərbaycan dövlətindən kənarda həll etmək istəyirlər.Paşinyanın bu bəyanatı göstərir ki, o, danışıqlardan qaçmaq üçün bəhanə axtarır. Bundan öncə isə demişdi ki, Dağlıq Qarabağ tərəfinin danışıqlara qatılmasının tərəfdarıyıq. Bu da onun danışıqlardan yayınmaq istədiyini göstərən bir dəlil hesab oluna bilər. Paşinyan gizlənir və çalışır ki, danışıqlara şəxsən qatılmasın. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Azərbaycan daim gözləyən deyil. Başqa cür olsa, onda gərək Ermənistan özündən küssün".
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı deyib ki, fəaliyyəti və əhəmiyyəti nə qədər şişirdilsə də Minsk qrupu Dağlıq Qarabağ problemini həll edə bilməz.
Onun sözlərinə görə, yalnız Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri bu problemi həll edə bilərlər.
Azərbaycanın Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana mümkün qatılması barədə bəyanatı sərsəmləmədir və onların danışıqlara son qoyulması niyyətini göstərə bilər.
“Bu adam əvvəlcə oğlunu Qarabağda qulluq etməyə göndərib, sonra da belə bəyanatla çıxış edirsə, deməli, danışıqlar prosesinin bitdiyini demək istəyir”, – o deyib.
Politoloq həmçinin vurğulayıb ki, Moskva N.Paşinyanın belə ehtiyatsız bəyanatını heç də nikbinliklə qəbul etməyib: “Putin və Kremlin Paşinyana və komandasına qarşı onsuz da mehriban olmayan münasibətini nəzərə alaraq demək olar ki, belə bəyanatlar Moskvanın onlara qarşı nifrətini dərinləşdirir”.


Cavid

Bu xəbər oxundu
- - -