Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

MAQATE-dən İran açıqlaması

10.09.18, 11:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İranın nüvə proqramına dair Hərtərəfli müştərək fəaliyyət planı çərçivəsində Tehran öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə davam edir.
Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Yukiya Amano bəyan edib. Onun sözlərinə görə, rəsmi Tehran nüvə proqramına dair beynəlxalq sazişin müddəalarına tam əməl edir.
“Hərtərəfli müştərək fəaliyyət planına uyğun olaraq İran öz öhdəliklərini yerinə yetirməyə davam edir. İranın bu öhdəliklərin icrasını tam şəkildə davam etdirməsi vacibdir”, - deyə Amano vurğulayıb.
Xatırladaq ki, mayın 8-də ABŞ prezidenti Donald Tramp Amerikanın birtərəfli qaydada Hərtərəfli müştərək fəaliyyət planından çıxdığını bəyan edib. 7 avqustdan etibarən Vaşinqton İranın nüvə proqramı ilə əlaqadar əvvəlki sanksiyalarını bərpa edib. Sanksiyalar İranın avtomobil sektoruna, həmçinin, qızıl və digər metalların satışı sahəsinə tətbiq edilməyə başlayıb. Bununla əlaqədar olaraq, İranın alüminium, polad, qrafit, kömür, həmçinin sənaye müəssisləri üçün kompüter proqramlarının ticarəti dayandırılıb. Sanksiyaların ikinci mərhələsi isə 4 noyabrda qüvvəyə minəcək. Onlar İranın enerji və bank sektorunu əhatə edəcək.

Bu xəbər oxundu
- - -