Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Aztelekom”da təcrübə keçən bəzi tələbələrə iş təklif olunub

10.09.18, 13:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Aztelekom” MMC-nin tələbələr üçün keçirdiyi “Yay təcrübəsi 2018” proqramı başa çatıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, Xəzər, Bakı Mühəndislik, Azərbaycan Dövlət İqtisad universitetlərinin və Azərbaycan Diplomatik Akademiyasının III və IV kurs tələbələrinin iştirakı ilə keçirilən təcrübə proqramı üç aylıq müddəti əhatə edib. “Aztelekom”un genişzolaqlı xidmətlər, informasiya texnologiyaları, texniki, maliyyə və insan resursları departamentlərində təcrübə keçən tələbələr iş prosesində birbaşa iştirak edərək müasir texniki avadanlıqla tanış olmaq imkanı əldə edib. Proqramın yekununa həsr olunmuş tədbirdə hər bir iştirakçıya “Aztelekom” MMC-nin sertifikatı və hədiyyələri təqdim olunub.
Tələbələrlə görüşdə “Aztelekom” MMC-nin insan resursları departamentinin direktoru Səidə Hüseynova bildirib ki, bu kimi layihələr gələcəkdə uğurlu əməkdaşlıq üçün istedadlı kadrların müəyyən olunmasına imkan yaradır. Bundan əlavə, gənclərə uğurlu işgüzar həyatla bağlı faydalı məsləhətlər də verilib.
Ölkədə telekommunikasiya sahəsində ən iri müəssisələrdən olan “Aztelekom” MMC tələbələrə və istedadlı gənclərə karyeranın qurulmasında mütəmadi dəstək olmaq üçün layihəni gələcəkdə də davam etdirəcək. Təcrübədə iştirak edərək yüksək nəticə göstərən tələbələrin adları təşkilatın kadr bazasında ehtiyat və potensial kadrlar statusunda saxlanılacaq. “Yay təcrübəsi 2018” proqramını uğurla başa vuran bir neçə tələbəyə mövcud vakansiyalar üzrə iş təklifləri edilib.

Bu xəbər oxundu
- - -