Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Hazırda Ermənistanda situasiya çox çətindir”

11.09.18, 8:02
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nikol Paşinyanın Dağlıq Qarabağın gələcəkdə Ermənistanın bir hissəsi kimi təqdim etməsi və Dağlıq Qarabağın üçüncü tərəf kimi danışıqlar prosesinə qatılması bəyanatı 25 ildən artıqdır ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə aparılan danışıqlar prosesinin ruhuna ziddir.
Bunu “Vestnik Kavkaza” saytına açıqlamasında rusiyalı politoloq Andrey Yepifantsev deyib.
“Əsas məqam Paşinyanın Qarabağın gələcəyi haqqında danışmasıdır. Bu onun danışıqlarla bağlı sərt mövqeyidir. Yəni Ermənistan Qarabağ ətrafındakı 7 rayon da daxil olmaqla, hansısa məsələdə kompromisə getməyəcək. O deyir ki, bu 7 rayon Dağlıq Qarabağa məxsusdur və tərəflər gələcəkdə bunu nəzərə almalıdır. Ermənistan cəmiyyətinin əhvalının bu cür olması və ölkədəki situasiyanın onun xeyrinə çevrilməməsi Paşinyanı belə sözlər işlətməyə məcbur edir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Paşinyanın Moskvaya səfəri bir növ Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə “cavab kimi” görünür:“Mənə elə gəlir ki, Moskvaya səfər daha çox Azərbaycanın gözləntilərinə cavab olaraq Emrənistanın Rusiya ilə münasibətlərinin yaxşı olmasını göstərmək üçün təşkil edilib. Moskva ilə möhtəşəm münasibətlərin olmasıyla bağlı ifadələrin çoxu da erməni vətəndaşlara yox, daha çox Bakıya yönəlmişdi. Burada biz anlamalıyıq ki, Ermənistanın Dağlıq Qarabağdakı danışıqlarla bağlı mövqeyi dəyişir. Əgər əvvəllər bu mövqe maksimal şəkildə danışıqları müxtəlif bəhanələrlə uzatmaqdan ibarət idisə, indi onların mövqeyi kompromisin olmaması və sərt ritorika istiqamətinə yönəlib. Paşinyan bütün ölkələrdən Azərbaycana təzyiq etməyi və onu güzəştə məcbur etməyi istəyir”.
O, Azərbaycana qarşı təzyiqlərin nə beynəlxalq hüquqa, nə də ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqların ruhuna uyğun gəldiyini deyib:“ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələr Paşinyanın tələbi ilə çətin ki, razılaşsınlar. Onlar Paşinyanı yumşaq və diplomatik şəkildə yerinə oturmağa məcbur edəndə, İrəvanın mövqeyində bəzi korreksiyalar olacaq. Lakin hələlik bunun Ermənistanın daxilində necə qəbul ediləcəyi bəlli deyil. Xatırlatmaq istəyirəm ki, Paşinyanı inqilabi dalğa Qarabağla bağlı mövqeyi hər zaman sərt olduğuna görə yüksəyə qaldırdı. Bu, hər zaman ictimai fikrin xoşuna gəlib. İndi yaranan əsas sual Paşinyanın bu mövqeyini yumşaltmağa məcbur edəndən sonra ölkə vətəndaşlarının buna necə yanaşacaqlarıdır. Mənim fikrimcə, bu, heç kim üçün yaxşı olmayacaq”.
Politoloq Paşinyanın danışıqlara separatçıları üçüncü tərəf kimi cəlb etməsi barədə tələbinin də yaxşı qəbul edilmədiyini söyləyib:
“Bu dəyişikliklər danışıqlar formulunun, ona yanaşmanın dəyişməsi deməkdir. Buna reaksiya isə mənfi olacaq. Belə ki, Paşinyanın tələbləri ilə razılaşmaq İrəvanın mövqeyinə yaxınlaşmaq demək olacaq. Hazırda Ermənistanda situasiya çox çətindir. Onun Moskva ilə münasibətləri problemlidir, Qərblə sürətli yaxınlaşmaq ideyası isə alınmayıb. Paşinyan çalışır ki, çox incə oyun oynayaraq, həm Qərblə yaxınlaşsın, həm də Moskvadan uzaqlaşmasın. Bu isə mümkün deyil. Digər tərəfdən Azərbaycan beynəlxalq münasibətlərdə, Avropa bazarına enerji daşıyıcılarının tədarükündə vacib həlqə olaraq qalır. Belə şəraitdə İrəvan necə öz mövqeyini danışıqlarda yaxşılaşdıra bilər? Paşinyanın nə isə bacaracağına inanmıram”.

Bu xəbər oxundu
- - -