Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistandan acı etiraf - “Rusiyadan asılıyıq“

11.09.18, 8:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Əgər hər dəfə xanım olduğunuzu sübut etməyə məcbursunuzsa..."
"Ermənistan–Rusiya əlaqələrində yüksək plan qoyulub. Bunu saxlamaq üçün isə kifayət qədər çox səy göstərmək lazımdır". Bu barədə jurnalistlərə açıqlamasında parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Armen Aştoyan deyib. Baş nazir Nikol Paşinyanın Erməni-Rusiya əlaqələrinin mükəmməl olması barədə bəyanatını komissiya rəhbəri belə şərh edib:
“Mən vətəndaş kimi ikitərəfli əlaqələrdə problem olmamasına şad olaram. Çünki bizim ölkəmiz Rusiyadan həm təhlükəsizlik, həm də iqtisadi sahədə asılıdır. Bu bəyanata çox inanmaq istərdik. Əgər son günlərdə bu qədər çox tez-tez təkrarlanmasaydı...”
Deputat bu mükəmməl əlaqələrdən bu qədər tez-tez danışmamağı məsləhət görüb. Çünki qeyri-ixtiyari olsa da margaret Teççerin sözləri yada düşür - "əgər siz hər gün xanım olduğunuzu sübut etməyə məcbursunuzsa, onda siz dəqiq xanım deyilsiniz".
Bu nöqteyi-nəzərədən deputatın fikrincə, Ermənistan rəhbərliyi təbliğatın harada bitib, münasibətlər haqqında həqiqətin harada başladığını anlamalıdır.
“Mən bilmirəm Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Panik kəndindəki insidentdən danışıb ya yox. Bir neçə həftə əvvəl o özü bunu Rusiya təxribatı adlandırırdı”.

Bu xəbər oxundu
- - -