Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

BQXK nümayəndələri Dilqəm və Şahbazla görüşüb

11.09.18, 9:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Bildirilib ki, BQXK-nin nümayəndələri avqust ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib və onlara ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradılıb.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Bu xəbər oxundu
- - -