Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İsveçdə keçirilən seçkidə daha bir soydaşımız qələbə qazanıb

11.09.18, 9:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsveçdə yaşayan soydaşımız Turan Əliyev “Mərkəz” Partiyasından Partille bələdiyyəsinə üzv seçilib.
Bu barədə diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk məlumat verib.
“Turan Əliyev bir ildir ki, partiyada fəaliyyət göstərir. Hal-hazırda bələdiyyədə partiyanın idarə heyyətinin üzvüdür. Seçkilərdə yüksək səs çoxluğu ilə seçildiyi üçün bələdiyyədə və İsveçin ən böyük əyalətində komissiya və idarələrdə partiyanı təmsil edəcək. Qürurverici məqam odur ki, partiyanın 12 nəfərlik namizədlərindən yalnız Turan Əliyev bir əcnəbi kimi seçkilərə gedib”.
Hazırda İsveçdə 290 bələdiyyə fəaliyyət göstərir. Partille bələdiyyəsində 51 üzv var. Onların hər biri səsvermə hüququna malikdir. Turan Əliyev də səsvermə hüququnu özündə daşıyacaq və qərarların qəbul olunmasında iştirak edəcək.
Qeyd edək ki, İsveçdə bələdiyyələrin cəmiyyətdə rolu böyükdür və qərarların qəbul olunmasında kifayət qədər təsir imkanları var.
Xatırladaq ki, Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb.

Bu xəbər oxundu
- - -