Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ukrayna-Rusiya münasibətlərində qəribə vəziyyət yaranıb”

11.09.18, 11:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Ukrayna-Rusiya münasibətlərində qəribə vəziyyət yaranıb. Kiyevdə söhbət etdiyim elə bir ekspert və deputat yoxdur ki, bəlli səbəblərdən Rusiyanı işğalçı adlandırmasın. Ancaq problem ondadır ki, Ukrayna işğalçı adlandırdığı dövlətlə iqtisadi münasibələri kəsə bilmir. Bunun obyektiv səbəbləri var". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiyada bir neçə milyon ukraynalı miqrant var və onların ötən il vətənlərinə göndərdikləri pulun miqdarı 2.4 milyard dollar civarındadır: "Başqa rəqəmə müraciət edək: bu ilin 6 ayında Ukrayna ilə Rusiya arasında ticarət həcmi 5 milyard dollardan çoxdur. Bu, ötən ilin göstəricisindən 14 faiz çoxdur.
Ukrayna iqtisadiyyatında problemlər kifayət qədərdir. Ona görə də Rusiyanın ən kəskin şəkildə tənqid edən və "sağ ol imperiya" deyən Ukrayna prezidenti Petro Poroşenko belə qonşu ölkə ilə iqtisadi əməkdaşlıqdan qopa bilmir. Ancaq bu səbəblər yenə də "torpaqlarını işğal edən dövlətlə necə iqtisadi əməkdaşlıq etmək olar" sualının aktuallığını azaltmır. Rusiya da elə buna ümidlidir ki, bir gün Ukrayna rəhbərliyinə elə şəxs gələcək ki, Krımın ilhaqını və Donbasın bir qisminin itirilməsini həzm edəcək".

Bu xəbər oxundu
- - -