Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda görünməmiş qalmaqal

11.09.18, 13:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin biabırçı səs yazısı yayılıb.
Sentyabrın 5-də "Youtube" kanallarından birində Ermənistanda böyük qalmaqala səbəb olacaq gizli səs yazısı ortaya çıxıb.
Məlumata görə, səs yazısı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezidenti Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə danışıqlardan ibarətdir.
Əgər səs yazısında danışanların həqiqətəndə Sasun Xaçatryan və Artur Vanetsyana aid olduğu təsdiqlənərsə, o zaman hər iki məmurun dərhal istefaya göndəriləcəyi ehtimal edilir.
Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook"da canlı yayım zamanı Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında sabiq prezident Robert Koçaryan və KTMT-nin baş katibi Yuri Xaçaturovun həbsi barədə gizli səs yazısının yayıldığını təsdiqləyib.
Paşinyan bildirib ki, milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyanı yanına çağıraraq mətbuat üçün açıqlama verməsinə dair göstəriş verib.
Qeyd edək ki, səs yazısında Vanetsyan təklif edir ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər.
O, həmçinin Xaçaturovun müavini, yəni general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladır. Tərəflərin danışığında hətta Ohanyana qarşı ciddi ittihamların olduğu və onun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılır. Sasun Xaçatryan qeyd edir ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var.

Bu xəbər oxundu
- - -