Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyan Dağlıq Qarabağ məsələsinin nə olduğunu başına yeridə bilməyib”

12.09.18, 9:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübariz Əhmədoğlu: “Bu məsələdə məntiqsiz, savadsız, ziddiyyətli fikirlər səsləndirir”


Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşündən sonra verdiyi təxribat xarakterli bəyanat müzakirə mövzusu olaraq qalır. Ekspertlər paşinyanın bəyanatını uğursuzluqdan qaynaqlanan isterikanın təzahürü hesab edirlər.
Politoloq Vasif Əfəndiyev deyib ki, Nikol Paşinyanın Moskvaya səfəri bir çox məsələlərə aydınlıq gətirdi: “Putin-Paşinyan görüşünün gərgin keçməsi səfərdən dərhal sonra erməni liderinin verdiyi qarmaqarışıq bəyanatlarından hiss olunur”. Onun sözlərinə görə, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ilə bağlı verdiyi bəyanat onu deməyə əsas verir ki, görüş zamanı Paşinyan Putindən istədiyini ala bilməyib: “O Putindən edəcəyi güzəştlər hesabına Qarabağla bağlı siyasi dəstək istəyinə rədd cavabı aldıqdan sonra tələm–tələsik bu bəyanatı verməyə məcbur olub. Ardından isə siyasi kursunun Qərbə tam inteqrasiya olduğunu bildirərək rus kəşfiyyatının keçmiş əməkdaşı Serqey Skripalın və onun qızının zəhərlənməsi ilə bağlı ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaya qoşulacağını bildirib. “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” bəyanatı isə danışıqlar prosesinin vaxtını uzatmaq və Azərbaycanı səbrdən çıxarmaq məqsədini güdür. O güman edir ki, Azərbaycan tərəfi isterikaya düşərək onun üçün arzuolunan addımlar ata bilər. Bununla da Rusiyadan tam qopmaq ərəfəsində olan Ermənistan üçün növbəti əzilmiş xalq obrazı yarada biləcək. Hesab edirəm ki, Paşinyan Ermənistanı Rusiyadan qoparmaq üçün fəaliyyətini davam etdirəcək. Həm də bu bəyanat o deməkdir ki, Ermənistan Dağlıq Qarabağdan çəkilməyə məcbur olsa belə Qərbə interasiya kursundan geri çəkilməyəəcək”.
Deputat Zahid Oruc deyib ki, tibb aləmində şəxsiyyətin ikiləşməsi ilə məşhur bir ifadə var: “Ermənistanın baş naziri Nikol Paşinyanın timsalında da bunun qabarıq nümunələrini görməkdəyik. Belə ki, o bir tərəfdən küçə inqilabına rəhbərlik edib və həmin millətçi naturada özünün xalq sırıyır, digər tərəfdən də Moskvaya çatan kimi sabiq prezident Sarkisyanın bəyanatlarını onun dilindən eşidirik”.
Deputatın fikrincə, Paşinyan etdiyi hərəkətləri ilə bir daha sübut edir ki, həmin adamların millətçi, liberal, demokratik, solçu və sağçı olmasının heç bir önəmi yoxdur: “Onların xislətləri və mahiyyətləri dəyişmir”.
Sentyabrın 1-də Prezident İlham Əliyevin Soçiyə səfərini xatırladan Z.Oruc söyləyib ki, səfər zamanı dövlətlər arasında əldə olunan razılaşmalar, imzalanan müqavilələr sübut etdi ki, münasibətlər yeni mərhələyə daxil olmaqdadır və Azərbaycan və Rusiya dövlət başçıları arasında formalaşan münasibətlər strateji əlaqələr üçün zəmin yaradır: “Paşinyan Azərbaycan Prezidentinin Soçi səfərinin nəticələrinə impulsiv reaksiya verərək Moskvaya gedəcəyini açıqladı. Ona qədər belə bir məlumatlar yox idi. Belə olan halda, sual olunur. Onun səfərində nələr razılaşdırıldı, hansı müqavilələr imzalandı və vamaat nəyə şahid oldu? Hətta bir quberniyanın rəhbəri belə Putinlə görüşə gələn zaman sənədlər imzalanır, layihələr müzakirə olunur. Ermənistan rəhbəri adlanan bu şəxsin Rusiyada baş tutan görüşündə bunun şahidi olduqmu? Əsla yox”.
Deputat vurğulayıb ki, sentyabrın 8-də Putinlə görüşündən sonra Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olduğunu söyləyən adam ciddi dövlət adamı sayıla bilməz: “Buna qədərki, dövrdə həmin subyektin beynəlxalq hüquq üçün önəmli tərəf olmağından, Qafqazın zümrüdü kimi 20 minlik ordusu vasitəsilə özünə dövlət qurmağından, iqtisadiyyatının şaxələnməsindən, beynəlxalq aləmdə onun qəbul olunmağından danışırdılar. Bəs nə oldu birdən-birə onun hissəsinə çevrildi? Deməli bu günə qədər verilən bəyanatlar, açıqlamalar, təbliğatlar puç imiş. Paşinyan səfərin ikinci günü isə iş adamları ilə görüşündə bildirir ki, biz Dağlıq Qarabağı danışıqlarda təmsil etmək istəmirik, onlar gedib özləri danışsınlar. Bu insan hələ də jurnalist qiyafəsindən çıxmayıb. Ona tez-tez dövlət başçısının başqa bir ranq, onun isə fərqli statusa malik olduğunu xatırladaraq hər söylədiyi sözə cavab verməli olduğunu bildirirlər”.
Z.Oruc qeyd edib ki, Paşinyan Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə əldə olunan razılaşmaları aradan qaldırmaq imkanında deyil: “Çünki, hər kəs bilir ki, Paşinyan müstəqil tərəf, ayrıca siyasət, yeniləşən xalqdan və digər məsələlərdən danışsa da reallıq tamamilə fərqlidir. Ermənistanın hazırda özünü faktiki şəkildə qoruyub saxlaması, digər ölkələrə münasibətləri normal səviyyədə həyata keçirərək dövlət kimi güclənməsi qeyri-realdır. Bu baxımdan deyə bilərik ki, Paşinyanın Moskva səfərindən gözləntiləri puça çıxdı”.
Deputat əlavə edib ki, əslində Paşinyan qarşısına strateji ideyalar qoya bilməz: “O cari vəziyyətdə ölkə daxilində köhnə rəqiblərinə və parlament seçkilərində iştirak edəcək qüvvələrə qarşı müharibə elan edib. Bu qovğanın içərisindədir və onların sistemli planlaşdırılmış və tərəflərə yönələn planlarının platformasından danışmaq qeyri-realdır”.
Politoloq Ramiz Alıyev bildirib ki, Paşinyan hər gün sərsəm bir fikir səsləndirir ki, gündəmdə qalsın: “Ona görə ki, bu adam hakimiyyəti əldə etməmişdən öncə erməni xalqına ağız dolusu vədlər verib və bu gün də o vədlərin heç birini yerinə yetirməyib”. Onun sözlərinə görə, Ermənistanın iqtisadi durumu gündən-günə daha da pisləşir: “Heç bir iqtisadi islahat həyata keçirə bilməyən, heç bir sosial layihələrə imza atmağı bacarmayan sərsəm bir liderdən başqa nəsə gözləmək sadəlöhvlük olardı. Bu adam gündəm yaratmaq və öz vətəndaşlarının başını qatmaq üçün gah Ermənistanın keçmiş məmurlarını həbs etdirir, gah da Qarabağla bağlı yuxusunda gördüklərini səhər durub bəyanat olaraq səsləndirir. Siyasətin və dövlət idarəçiliyinin nə olduğunu bilməyən bu adam anlamır ki, vermiş olduğu bu bəyanatla öz ölkəsinin beynəxalq aləmdə onsuz da bərbad olan nüfuzuna zərbə vurmuş olur. BMT də daxil olmaqla bütün beynəlxalq təşkilatlarla yanaşı bu münaqişənin həlli ilə məşğul olan dövlətlərə hörmətsizlik etdiyini açıq formada göstərmiş oldu. Küçədən çıxmış və küçə təfəkküründə olan bir siyasətçidən başqa nə gözləmək olar?!”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu vurğulayıb ki, Nikol Paşinyanın dövlətçilik anlayışı hələ də formalaşmayıb. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağın “müstəqilliyi” qeyd olunanda Dağlıq Qarabağda olmadı, amma ondan bir neçə gün öncə oğlunun andiçmə mərasimində ailəsi ilə birlikdə iştirak etdi: “Təkcə bu fakt özü göstərir ki, N.Paşinyan ümumiyyətlə Dağlıq Qarabağ məsələsinin nə olduğunu başına yeridə bilməyib. Ermənistanın daxili problemlərindən, özünün bacarıqsızlığından diqqəti ayırmaq üçün Dağlıq Qarabağ məsələsində məntiqsiz, savadsız, ziddiyyətli fikirlər səsləndirir. Əgər doğrudan da Ermənistanın adından danışıqlarda iştirak edirsə və Rusiya ilə münasibətləri səmimi şəkildə normallaşdırmaq istəyirsə, o zaman çox asanlıqla Mehri dəmir yolunu açmaq məsələsini aktuallaşdırmalıdır. Mehri dəmir yolunun keçdiyi ərazilərin Dağlıq Qarabağa heç bir aidiyyəti yoxdur. Sofistika ilə məşğul olması isə onu çətin vəziyyətə qoyur. Amma onun Moskvada olarkən Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə verdiyi bəyanat birbaşa AİB-ə qarşı yönəlib. O Qərbin maraqlarına uyğun KTMT-i ləkələdi. İndi də eyni bu motivasiya üzrə AİB-ə qeyri-ciddi qurum donu geyindirmək istəyir. RF KTMT məsələsində N.Paşinyanı pis vəziyyətə saldı. Hətta rusiyalı mütəxəssislər ABŞ-ın Ermənistandakı məxfi laboratoriyasına girdi. N.Paşinyanın düşüncəsinə görə o Qərbi inandıra biləcək ki, KTMT-yə cinayətkarın başçılıq etdiyini sübut etmək Qərb üçün Rusiyanın onun biolaboratoriyalarına girməkdən daha faydalıdır. İnamı möhkəmləndirən faktor kimi AİB-ə zərbə endirdi. Ermənistan AİB-ə üzv olarkən Dağlıq Qarabağı öz tərkib hissəsi hesab etməyəcəyi ilə bağlı rəsmi öhdəlik götürüb. İndi Ermənistanın birinci şəxsi bu öhdəliyi danır. Rusiyanın susması maraqlıdır. Ola bilər Ermənistandan daha əlavə nələrsə bunun əvəzində qoparacaqdır. Amma Rusiyanın susması hələ hər şey demək deyil. Qarşıda minimum 2 variant var:
I. Rəsmi Bakı rəsmən AİB rəhbərliyinə müraciət edə bilər.
II. AİB təkcə Rusiyadan ibarət deyil. Qazaxıstan və Belarus da AİB üzvləridir.
Maraqlı vəziyyət yaranıb. Rusiya hansı qaydada MDB məkanında dövlətlərin milli maraqlarını, suverenliyini inkar edirsə, eynilə o qaydada ABŞ və iri dövlətlər Rusiyaya qarşı davranırlar. Rusiya milli maraqlarının danılmasını istəmirsə, MDB məkanındakı dövlətlərin milli maraqlarını danmasın”.


Əli

Bu xəbər oxundu
- - -