Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Suriyada yenidənqurma dövrü

12.09.18, 11:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müharibədən sonra ittifaqlar dəyişə, Tehran-Pekin oxu yarana bilər
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif sentyabrın 3-də Şama rəsmi səfər edib və Suriyanın yüksək səviyyəli səlahiyyətliləri ilə görüşüb. Suriyadakı müharibə sonrası yenidənqurma prosesində İranın rolu müzakirə olunan məsələlər arasında ən mühümü olub. Suriyanın baş naziri İmam Xamis ilə görüşündə Zərif iki ölkə səfirliyinin bu prosesi asanlaşdıracağını söyləyərək, yenidənqurmada İranın özəl sektorunun iştirakı fikrinə toxunub.
Tehranın Suriyanın yenidən qurulmasında özü üçün ciddi rol müəyyən etmək arzusu avqustun 18-də İranın iqtisadiyyat və şəhərsalma üzrə nazirinin müavini Əmir Amininin başçılıq etdiyi nümayəndə heyətinin Dəməşqə səfərindən diqqət mərkəzindədir. Səfər çərçivəsində iki ölkə arasında uzun müddətli iqtisadi əməkdaşlıq müqaviləsi müzakirə edilib.
“Strateq” “Əl-Monitor”a istinadən yazır ki, iki tərəfin razılığa gəlib-gəlmədiyinə dair heç bir detal ortaya çıxmasa da, İranın Yol və Şəhərsalma üzrə Nazirliyinin təmsilçisi avqustun 31-də müqavilənin əsaslarını açıqlayıb. Nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Teymur Bəşir Qonbadi bildirib ki, İran şirkətləri Suriyanın nəqliyyat infrastrukturunun yenidən qurulmasına və ölkədə 30 min evin inşasına cəlb olunacaqlar. Qonbadi, həmçinin İraq vasitəsilə İran və Suriya arasında dəmir yolu inşasının planlaşdırıldığını açıqlayıb. O, Çinin BRI layihəsi çərçivəsində Aralıq dənizinə çıxışın təmin edilməsi istəyi nəzərə alınaraq çəkiləcək.
İranın müdafiə naziri Əmir Hatəmi avqustun 27-də Dəməşqə səfəri ilə aydın olub ki, Suriyadakı yenidənqurma planı hərbi ölçüyə də sahibdir. Hatəminin Suriyaya ikigünlük səfəri zamanı müdafiə tərəfdaşlığı mövzusunda razılaşma imzalanıb və bu da İranın Suriya silahlı qüvvələri və hərbi sənaye sektorunda iştirakını nəzərdə tutur. Suriyanın yenidən qurulması strategiyası xüsusi iqtisadi, geosiyasi və hərbi aspektlərə malikdir. İqtisadi olaraq prezident Donald Trampın 2015-ci ilin nüvə sazişindən çəkilmə qərarı sonrasında təkrar tətbiq olunan ABŞ sanksiyalarının mənfi təsirlərini aradan qaldırmaq düşünülür. Çünki Vaşinqtonun “xəyanət”indən sonra bir çox böyük beynəlxalq şirkət İrandakı fəaliyyətini dayandırıb. Nəticədə, İranın ümidi beynəlxalq iqtisadi fəaliyyətini davam etdirmək üçün kiçik və orta müəssisələrə (KOM) qalıb.
İyunun 24-də çıxış edərkən Zərif bildirib ki, ABŞ-ın nüvə razılaşmasından çəkildikdən sonra Avropa ölkələri İranda işlərini davam etdirmək üçün KOM-lara müraciət edib, çünki bu müəssisələrin ABŞ bazarı ilə daha az əlaqəsi və sanksiya riskləri var. Zərifin sözlərinə görə, İran KOM-lara dəstək verməli və onları Avropalı həmkarları ilə əlaqələndirməlidir.
Suriyanın yenidən qurulması təkcə İranın özəl sektoru, xüsusilə KOM-ları xaricdə sərfəli iş fəaliyyətlə deyil, həm də bu prosesdə iştirak edə biləcək digər beynəlxalq şirkətlərlə yeni əlaqələr qurma imkanı ilə təmin edə bilər. Bu, İranın iqtisadi əlaqələrinin genişləndirəcək və son dövrlərdə baş verən böhrana baxmayaraq, iqtisadiyyatı canlı saxlamaq üçün mühüm arteriya olacaq.
Geosiyasi səviyyədə İran, İraq və Suriyadakı təsirinə arxalanır və Çinlə sıx əlaqələr qurmağa çalışır, özünü Çinin BRI-nin əsas komponenti kimi tanıtmaq üçün Pekinə Asiyanı Aralıq dənizi və Qərbi Avropaya birləşdirən quru yolununun alternativi kimi təqdim edir. İran və Çin artıq BRI çərçivəsi çərçivəsində bir sıra əməkdaşlıq sazişləri imzalayıb. Ali lideri Əli Xamnəi də daxil olmaqla, yüksək səviyyəli rəsmilər İranın Çin meqalayihəsində iştirakını dəstəkləyirlər.
İran ABŞ-ın artan təzyiqi ilə üzləşir, BRI-nin fəal üzvü olmaqla, özünü Şərq-Qərb ticarəti və nəqliyyatının mərkəzinə yerləşdirmək istəyir, bu da Birləşmiş Ştatların İranı beynəlxalq səviyyədə təcrid etməsini çətinləşdirir. Digər tərəfdən, Suriyada müharibədən sonrakı dövr üçün öz iqtisadi planlarını Çin kimi böyük bir gücə bağlayaraq, Tehran Suriyadakı gələcək iqtisadi rolunun potensial rəqiblər tərəfindən məhdudlaşmayacağına əmin olmaq istəyir.
İranın Suriyadakı yenidənqurma planlarının hərbi cəhətinə gəldikdə isə öz birbaşa hərbi varlığını davam etdirmədən hərbi təsirini qorumağa çalışır, buna görə də, ABŞ və İsrail deyil, eyni zamanda, müttəfiqi Rusiyanın təpkisini oyada bilər. Ancaq Suriya silahlı qüvvələrinin yenidən qurulmasında İranın iştirakı İslam Respublikasına silahlı birləşmələrini Suriya ordusuna inteqrasiya etmək, Suriyadakı hərbi təsirini gücləndirmək imkanı verəcək. Bu da İrana “məsləhətçi” missiyalarla ən azı minimal hərbi varlığı təmin edəcək.
Suriyanın yenidən qurulmasında aktiv rol oynama istiqamətli son cəhdləri müharibənin təxminən bitməsi deməkdir. Artıq yeni amillərə əsaslanaraq, Tehranın bu ölkədəki rolunu yenidən təyin etmək zamanıdır. İranın Suriyadakı ittifaq və tərəfdaşlıq modelləri müvafiq olaraq dəyişə, məsələn, Rusiya Suriya infrastrukturunun yenidən qurulmasında və xüsusilə enerji sektorunda potensial rəqib kimi görünə bilər. Nəticədə, Tehran-Moskva oxunu Tehran-Pekin əməkdaşlıq çərçivəsi əvəzləyəcək. Nəhayət, bütün bu inkişaflar göstərir ki, İran Suriya rejiminə tam dəstəyini davam etdirəcək, çünki son razılaşmaların həyata keçirilməsi yaxın gələcəkdə Suriyada eyni rejimin davamlılığından asılıdır.

Bu xəbər oxundu
- - -