Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Xanım deputatdan siqaretə görə etiraz

12.09.18, 11:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Milli Məclisin Mədəniyyət komitəsinin dünən keçirilən iclasında “Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva yaradıcı sahədə tütün məmulatlarından istifadə ilə bağlı tətbiq edilən qadağaya etiraz edib.
Deputat çıxışında qadağanın yaradacılıqda tətbiqinin doğru olmadığı söyləyib:
“Siqaretə qarşı mübarizə çox yaxşıdır, amma bunu yaradacılıqda tətbiq etmək olmaz. Bu, qadağa olursa, o zaman bədii əsər yazanlara da tətbiq edilsin, qəhrəmanları siqaret çəkərkən təsvir etməsinlər? Bu nə dərəcədə doğrudur?”.
Komitə sədri Rəfael Hüseynov isə deputata cavab olaraq deyib ki, yanaşması prinsip etibarilə doğrudur, amma burada nümayişdən söhbət gedir: “Çünki insanların şüuruna daha çox təsir edir. Kitabı biri oxuyar, biri oxumaz. Yəni kitab fərdi qaydada istifadə edilən məhsuldur. Televiziya, radio, teatr kütləvi şəkildə informasiya çatdırır. Ona görə belə məhdudiyyətlərin olması vacibdir”.
Qeyd edək ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanuna edilən dəyişiklik “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Bu xəbər oxundu
- - -