Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daha müasir silahlar daxil olacaq”

12.09.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.
Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Səfəri şərh edən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, İsrail baş naziri Aviqdor Libermanın Gürcüstan və Azərbaycana səfəri zamanı hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək.
Onun sözlərinə görə, Azərbaycan üçün bu səfər ona görə əlamətdardır ki, biz bundan sonra güc strukturlarının döyük qabiliyyətini daha da gücləndirəcək və artıracağıq: “Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq. Sirr deyil ki, İsrail son illər nəinki digər sahələrdə, o cümlədən hərbi sahədə Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir”.
O əlavə edib ki, şübhəsiz ki, Azərbaycanın düşmənləri bu səfərlə bağlı müxtəlif nağıllar uyduracaqlar, ancaq biz ötən illərdə olduğu kimi, bu cür təxribatçı fikirlərə uymamalıyıq və yəqin ki, uymayacağıq: “Ölkənin güc strukturlarının döyüş qabiliyyətini artırmaq üçün biz lazım olan hər şeyi etmişik və edirik. Ümid edirəm ki, bu ilin sonu və gələn ilin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin arsenalına dünyanın müxtəlif ölkələrindən, o cümlədən İsraildən daha da müasir silahlar və hərbi təyinatlı mallar daxil olacaq. Hansı avadanlıqların olacağı isə ilin sonunda BMT-də təmsil olunan ölkələrin rəsmi məlumatında açıqlanacaq”.
Onun sözlərinə görə, burada ikitərəfli və regional münasibətlərə dair bütün məsələləri nəzərə almaq lazımdır: “Görüşlərdə təkcə müdafiə naziri ilə deyil, digər güc strukturları ilə bağlı məsələlər də müzakirə ediləcək. İsrail hərbi sənaye kompleksinin xətti ilə bizim ölkəmizlə əməkdaşlıq etmək niyyətindədir”.

Bu xəbər oxundu
- - -