Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məktəbdaxili qiymətləndirmə ilə bağlı xeyli işlər görülməlidir

12.09.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məktəbdaxili qiymətləndirmənin üsul və vasitələrinin islahatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, qiymətləndirməyə ciddi elmi-metodiki prinsiplərə əsaslanan, özünəməxsus standartları, formaları, üsulları, vasitələri və bunların reallaşdırılmasına aid prosedurları olan bir sistem kimi yanaşmaq la­zımdır:
"Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviy­yəsinə qoyulan dövlət tələbidir. Odur ki, yeni təhsil proqramları (kurikulum) əsasında məktəb dərsliklərini və metodiki vəsaitləri hazırlayan mütəxəssislər bu kimi məsələlərin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşısında yeni tələblər qoyur".
M.Abbaszadə qeyd edib ki, indi ümumtəhsil müəssisələrini ağıl, intellekt məktəbinə çevirmək əsas hədəflərdən biridir. Hafizə məktəbindən təfəkkür məktəbinə keçmək, təhsilin nəticəyönümlü və şəxsiyyətyönümlü olması kurikulum islahatının əsas tələblərindəndir. Bu prosesdə təhsil alanların müasir standartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris vəsaitələri ilə təminatı mühüm əhəmiyyət kəsb edir".
M.Abbaszadə qeyd edib ki, müasir məktəb təcrü­bəsində qiymətləndirmənin müxtəlif formalarından istifadə edilməsi, eyni bir mövzuya və ya məzmuna aid bilik və bacarıqların yoxlanılmasında qiymətləndirmənin müxtəlif üsul və vasitələrinin tətbiqi normal haldır: "Əsas şərt odur ki, qiymət qiymətləndirilən keyfiyyətə maksimal dərəcədə uyğun olsun, onu dürüst, obyektiv əks etdirsin".

Bu xəbər oxundu
- - -