Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın siyasi sabitliyinin təmin edilməsi çox vacib məqamdır”

12.09.18, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əliməmməd Nuriyev: “Çünki bizim fərqli siyasət yürütməyimiz sabitliyə də təsir göstərə bilər”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev çox uğurlu siyasət aparır. Azərbaycan siyasətinin əsas müəyyənedicisi dövlət başçısıdır. Bu çoxvektorlu bir siyasətdir”. Bunu Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan çox mürəkkəb bir geosiyasi məkanda yerləşir: “Burada bir çox güclü, böyük dövlətlərin maraqları toqquşur. Bu maraqları təmin etmək vacib olan bir məsələdir. Əks təqdirdə hər hansı bir tərəfə birtərəfli yönəltmək ölkəmiz üçün acı nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Belə olan şəraitdə isə bu ikiqat diqqət tələb edir ki, siyasətin vektorlarını müəyyənləşdirəndə hansı məsələlərə diqqət yetirək. Burada ilk növbədə Azərbaycanın siyasi sabitliyinin təmin edilməsi çox vacib bir məqamdır. Çünki bizim fərqli siyasət yürütməyimiz sabitliyə də təsir göstərə bilər. Digər amil dayanıqlı inkişafın təmin edilməsidir. Siyasi, iqtisadi islahatların rəvan aparılması ölkədə sabitliyin təmin edilməsidir. Azərbaycan Prezidenti hər zaman milli maraqları qoruyaraq siyasət aparır. Hesab edirəm ki, bu da çox vacib məsələdir.
Azərbaycan Şimal-Cənub nəqliyyat qovşağında, eyni zamanda Qərb-Şərq nəqliyyat qovşağında yerləşir. Təbii ki, bu da balans siyasətinin saxlanılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu amillər də nəzərə alınıb. Hər bir halda Azərbaycan vətəndaşının, dövlətinin maraqları nəzərə alınmaqla bu kimi siyasət həyata keçirilir. Cənab Prezidentin böyük məharəti ondandır ki, xarici siyasətin uğurlarını təmin etmiş olur. Bu gün Azərbaycanın həm qonşuları ilə əlaqələri çox yaxşıdır, həm də toqquşan qüvvələrin birgə dialoqunu aparmaq üçün çox səmərəli, sabit bir məkandır”.

Bu xəbər oxundu
- - -