Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı

20.09.18, 8:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yaxın Şərqdə hərbi kampaniya ABŞ üçün ən böyük səhv oldu.
Bu haqda ABŞ prezidenti Donald Tramp “Hill.TV” telekanalına müsahibəsində bildirdi.
“Ölkəmizin tarixində ən böyük səhv Yaxın Şərqə qoşunların daxil edilməsidir. Buna prezident Corc Buş təşəbbüs etdi”, - Tramp deyib.
Onun sözlərinə görə, keçmiş prezident Barak Obama da əsgərləri buradan çıxararaq səhv etdi. Tramp Yaxın Şərq hərbi kampaniyasında çoxsaylı qurbanları xatırladıb və həmçinin əlavə edib ki, ABŞ əməliyyatlara 7 trilyon dollar xərcləyib.
“Vətəndaş müharibəsini anlamaq olar. Bu, başqadır. Qoşunlarımızın Yaxın Şərqə daxil edilməsi, ölkə üçün ən pis qərar idi”, - ABŞ prezidenti bildirib.
Pentaqonun qiymətləndirməsinə görə, 2001-2018-ci illərdə İraq, Əfqanıstan və Suriyada döyüş hərəkətlərinə ayrılan xərclər 1,52 trilyon dollar təşkil edib.
Braun Universitetinin məlumatına görə, 2017-ci ilin sentyabrına kimi ABŞ iki müharibəyə, həmçinin Pakistan və Suriyada hərbi hərəkətlərə 5,6 trilyon dollar xərcləyib. Bundan başqa, bu məbləğə milli təhlükəsizliyə və veteranların sağlamlığının qorunmasına xərclər də daxildir.

Bu xəbər oxundu
- - -