Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyanın ordudan xəbəri olmadığına görə sərsəm fikirlər səsləndirir”

20.09.18, 11:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Siyavuş Novruzov: “Bu onun erməni xislətindən xəbər verir”

“Paşinyanın sərsəm fikirlər səsləndirməsi əsl erməni xislətindən xəbər verir”. Milli Məclisin komitə sədri Siyavuş Novruzov belə deyib. Onun sözlərinə görə, Paşinyanın oğlu hərbi xidmətə getdiyi zaman dəfələrlə Azərbaycan Prezidenti cənab İlham Əliyevə bununla bağlı suallar ünvanlansa da dövlət başçımız bu məsələyə münasibət bildirmədi: “Çünki əsl türk rəhbəri, başçısı başqasının ailəsinə, daxili işinə qarışmaz. Amma erməni xisləti, düşüncəsinə malik olan Paşinyan hər bir vəziyyətdən istifadə etməyə çalışır. Heç şübhəsiz ki, o burada da çox uğursuz bir məsələdən yararlanmağa çalışdı.
Bildiyiniz kimi xüsusi təyinatlıların işi orduda və ümumiyyətlə, hüquq-mühafizə sistemində ən çətin işdir. Onun mütəmadi dislokasiya yeri yoxdur. Yəni xüsusi təyinatlıların işi bu gün terrorçuya, sabah isə sərhədlərin qorunmasına qarşı mübarizə ola bilər. Biz bunu 1990-cı illərdə də görüb şahidi olmuşuq. İstər ölkənin daxilində, sərhədlərində, hətta ölkənin xaricində də onlar əməliyyatlar həyata keçirirlər. Bütün bunlar göz önündədir. Bu baxımdan da ora psixoloji, fiziki, bir sözlə bütün cəhətdən hazırlıqlı insanları götürürlər. Hər bir şəxsi ora qəbul etmirlər. Çünki o xüsusi imtahan verməlidir. Paşinyanın isə ordudan xəbəri olmadığına görə sərsəm fikirlər səsləndirir”.

Bu xəbər oxundu
- - -