Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qərb dairələrində Suriyada sabitliyin yaranmasını istəyən dövlətlər var”

20.09.18, 11:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Türkiyə və Rusiya arasında İdliblə bağlı əldə olunmuş razılaşma Qərbin və ABŞ-ın iştirakı olmadan ərsəyə gəlib və regionda əsas güc mərkəzinin kim olmasını dünyaya göstərən bir aksiyadır”. Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu razılaşma ilk növbədə hər iki dövlətin maraqlarına xidmət edir: “Əks halda belə razılaşma olmazdı. Yəni ilk dəfədir ki, bu cür ciddi razılaşmadan ABŞ kənarda qalıb və sözsüz ki, buna qarşı sakit durmayacaq. ABŞ-ın atacağı və ya atdıracağı addımları isə indidən demək çətindir, amma proseslərin gedişatında bunu hiss edəcəyik. Bu razılaşma sırf iki dövlətin istəyi ilə vasitəçilərsiz baş verib. Çünki hər iki dövlətin ABŞ-la münasibətləri gərgindir və cəlb olunduqları konfilktdən itkilərinin böyük ola biləcəyi onları narahat edirdi. O səbəbdəndir ki, konfliktin həlində bir çox məsələlərə fərqli yanaşan iki dövlət bu istiqamətdə fikir ayrılığınıı bir kənara qoyaraq, yaxud qarşılıqlı güzəştlər edərək vacib bir qərar verdi”.
Ekspert vurğulayıb ki, danışıqlarda ictimaiyyətə açıqlanmayan məsələlərin müzakirə olunduğu da məlumdur: “Görünən odur ki, hər iki tərəf qazanc və itkilərini hesablayaraq bu qərara gəlib”. Ekspert burada Qərbin marağına da münasibət bildirib: “Qərb dairələrində Suriyada sabitliyin yaranmasını və qaçqın probleminin yoluna qoyulmasını istəyən dövlətlər var. Amma Əsəd hakimiyyətdə qaldıqca məlum səbəblərdən bunu açıq şəkildə deyə bilmirlər. Əslində Qərbin bu məsələdə rolu olmasa da, hesab edirəm ki, proselərin bu şəkildə inkişafı onların ürəyincədir. Təbii ki, ABŞ bu barədə fərqli düşünür”.

Bu xəbər oxundu
- - -