Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Erməni əsgərlər xidmət yerindən qaçır

20.09.18, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İşğal altında olan ərazilərimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində nizamnamədən kənar münasibətlər zəmnində cinayətlər azalmaq bilmir. Bu günlərdə daha bir gənc əsgərin döyülmə faktı məlum olub.
Ağdərənin Meqrelalay yaşayış məntəqəsində xidmət edən qohumu xidmət yoldaşları tərəfindən bir neçə dəfə təhqirlərə məruz qaldığına və döyüldüyünə görə xidmət yerindən qaçıb.
Həkim müayinəsi zamanı gənc əsgərin müxtəlif zədələr alması və burnunun sınması da aşkar edilib.
Xəbəri təsdiq edən tibb xidməti rəisi Nairi Qriqoryan, həmin gün başqa bir döyüş postunda, 17-ci bölükdə erməni əsgərin xidmət yoldaşı tərəfindən pulemyotdan atəş açılaraq vurulması xəbərini də hərbi prokurorluğa məruzə etdiyini deyib.

Bu xəbər oxundu
- - -