Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Özünü fövqəldövlət sayan ölkənin qırıcılarını vurmurlar”

21.09.18, 11:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əhəd Məmmədli: “Vururlarsa da, bunu edənlər dərhal cavablarını alırlar”


“Günümüzdə Rusiyanın təyyarələri Suriyada vurulmaqda, əsgərləri isə ölməkdə davam edir. Bu isə ilk növbədə Moskva ilə bu regionda üz-üzə gələn Qərbə, Birləşmiş Ştatlara sərf edir”. Bu fikirləri siyasi ekspert Əhəd Məmmədli deyib. Əhəd Məmmədli qeyd edib ki, bir neçə il əvvəl Türkiyə də Rusiyanın qırıcı təyyarəsini vurdu: "Ancaq 6 aydan sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölən rus zabitinin ailəsinə göndərdiyi məktubda "kədərinizi bölüşürük " ifadəsini Vladimir Putin "üzr" kimi daxili auditoriyaya sırıdı. "Vaqner" adlı rus muzdlu dəstəsi amerikalılar tərəfindən bombalandı, Kreml əsgərlərinə sahib çıxmadı. İndi də, İsrail rus qırıcısını vurdu, 15 nəfər öldü. Vladimir Putinin tapşırığı ilə, Bəşər Əsəd rejimi qırıcının vurulmasını öz üzərinə aldı. Özünü fövqəldövlət sayan ölkənin qırıcılarını vurmurlar, vururlarsa da, bunu edənlər dərhal cavablarını alırlar. Siz təsəvvür edə bilərsinizmi hansısa ölkə Birləşmiş Ştatların qırıcısını vursun? Amma özünü ABŞ kimi fövqəldövlət sayan Rusiyanın qırıcılarını da vururlar, əsgərlərini də bombalayırlar və ruslarda bunların cavabını vermirlər daha doğrusu verə bilmirlər. Çünki Rusiya fövqəldövlət deyil. Sadəcə Rusiya SSRİ-nin uğursuz nümunəsidir".
Əhəd Məmmədli deyib ki, Rusiya Federasiyasına daxil olan Şimali Qafqazda yerləşən Kabardin-Balkar respublikasında, kabardin və balkarlar arasında milli zəmində münaqişə baş verib: "1708 çi ildə Kanjal döyüşündə kabardinlər Krım tatarlarının ordusunu məğlub edib. Kabardinlər bu tarixi hadisəni qeyd etmək istəyib. Respublika rəhbərliyi də buna icazə verməyib. Kabardinlərin bu istəyi türk kökənli balkarların etirazı ilə qarşılanıb. Kabardinlərdə, balkarlarda müsəlman xalqlarıdır. Balkarlar türk kökənli müsəlman xalqıdır. "Böl idarə et" siyasətindən Stalin də məharətlə istifadə edib. Ruslar türk kökənli balkarları kabardinlərlə, türk kökənli qaraçaylıları isə çərkəzlərlə eyni respublikada birləşdırib. Halbuki daha məqsədəuyğun türk balkarlarla, qaraçaylıları eyni respublikada birləşdirmək olardı. Amma təbii Şimali Qafqazda müsəlmanlar içındə daha rahat çaxnaşma yaratmaq için türk xalqlarını bir-birlərindən ayrı salmaq siyasəti Kreml üçün həmişə prioritet məsələ olub. Noqay türkləridə Stavropol, Krasnodar, Kalmıkiya və Dağıstanda bölünərək yerləşdirildilər. Halbuki noqaylar sayına görə ayrı respublika olmalı idilər. Dağıstanda ikinci dünya savaşına qədər danışıq dili kumık türkcəsi olub. İkinci dünya savaşından sonra Dağıstanda ümümi danışıq dili rus dili oldu. Yaddan çıxartmayaq ki, 1918 çi ildə Dağlı respublikası Azərbaycana birləşmək gərarı verib. Dağlı respublikası Gəncədə elan edilib. 1918- ci ildə Osmanlı-Qafqaz-İslam ordusu Azərbaycanı qırmızı rus ordusundan azad edəndən sonra, ardınca Dağlı respublikasınıda ağ rus ordusundan azad etdi. Şimali Qafqazın bütün müsəlman xalqları (qeyri-türk, türk fərq etməz) bizim qardaşlarımızdır. Müsəlman Əfqanıstanda məğlubiyyətdən sonra, SSRİ-nin dağılmasının da, ilk səbəbi, milli münaqişələr oçaqlarının yaranması, yaradılması oldu. Onda da Kreml elə bilirdi ki "Böl idarə et" siyasəti ilə milli münaqişələri rahat şəkildə öz xeyrinə idarə edəcək. Rahat idarə edə bilmədi və sonda SSRİ dağıldı. Müsəlman-qardaş Şimali Qafqaz xalqlarını bir-birlərinin üstünə qızışdıran ruslar elə bilirlər ki, yenə "Böl idarə et" siyasəti ilə bu prosesidə rahat idarə edəcəklər. SSRİ kimi, onun varisi, Rusiyanın dağılması milli zəmində başlayacaq. Bəlkə də artıq başlayıb. Hər halda aparılan müşahidələr və cərəyan edən proseslər belə deməyə əsas verir".

Bu xəbər oxundu
- - -