Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İran açarı öz əlinə almaq üçün təzyiq göstərir”

21.09.18, 11:18
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Suriya prosesinin tənzimlənməsində əsas rolu Rusiya oynayır. Suriya böhranının həllinin açarı Moskvanın əllərindədir. Bu sözləri türk analitik Çetin Çetinər deyib. "Rusiya bu gün regionda hava əməliyyatları və kəşfiyyat sahəsində olduğu kimi, eyni zamanda, siyasi nöqteyi-nəzərdən də ən böyük qüvvədir. Buna görə də Suriya probleminin açarı Rusiyadadır. İdlib məsələsinə gəldikdə isə Rusiya burada əcnəbi döyüşçülərlə mübarizədə maraqlıdır", - ekspert bildirib.
Onun sözlərinə görə, İdlibin 3.5 milyon sakinindən təxminən 2.5 milyonu ölkənin müxtəlif bölgələrindən köçən müxalif qruplar və onların ailə üzvləridir. Onların ən böyük qorxusu isə İdlib istiqamətində rejim və ya İranın dəstəklədiyi qüvvələrin hücum etməsidir. Belə ki, bu tip hücumun qurbanı minlərlə dinc sakin ola bilər.
"Rusiya ilə İran arasında problemin həlli istiqamətində fikir ayrılıqları var. İndi İran açarı öz əlinə almaq üçün təzyiq göstərir. Təbii ki, Rusiya Suriyadakı səlahiyyətlərini İrana təhvil verməyə hazırlaşmır. İran Rusiya üçün yaxşı tərəfdaşdır və onu itirmək istəmir. Ancaq bununla belə, İrana görə öz maraqlarından bir o qədər də imtina etmək niyyətində deyil. Rusiya ABŞ, Qərb və İrandan fərqli olaraq, rasional davranır. Bu yalnız mənim fikrim də deyil, çünki Ankaradakı diplomatlar da Moskvanın fəaliyyətini məhz bu cür qiymətləndirir", - Çetinər əlavə edib.

Bu xəbər oxundu
- - -