Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi

25.09.18, 10:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın müttəfiqləri İranla ticarət üçün ABŞ sanksiyalarına qarşı çıxdılar. “Reuters” xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya Çin və Rusiya ilə birgə İrandan neft alışı üçün sanksiyaları aşacaq yeni mexanizm qurmaq istəyirlər. Bu ölkələrin birgə bəyanatına görə İranla maliyyə hesablaşması üçün nəzərdə tutulmuş bu mexanizm ABŞ sanksiyalarına qarşı hesablanıb. Birgə bəyanatın AB tərəfindən də dəstəkləndiyi bildirilib.
“Ödəniş kanallarının saxlanılması və inkişafı, xüsusilə də İrandan neft də daxil mal ixracı ilə əlaqədar ödənişləri asanlaşdırmaq üçün xüsusi təyinatlı mexanizm (Special Purpose Vehicle) yaratma təşəbbüsü iştirakçılar tərəfindən təcili ehtiyacları və nəzərə çarpan nəticələri nəzərə alaraq böyük məmnuniyyətlə qarşılanır” – agentlik bəyanatdan sitat gətirir. AB-nin rəhbəri Federika Moqerini bu mexanizmin artıq qəbul olunduğunu və mütəxəssislərin bu məqsədlə görüşünün planlaşdırıldığını da qeyd edib.
“Praktikada bu AB ölkələrinin İranla qanuni maliyyə ödənişləri apara biləcək hüquqi şəxs (şirkət) yaradacağı anlamına gəlir. Bu yolla da Avropa şirkətləri digər şəriklərə açıq qalaraq İranla AB qanunları çərçivəsində ticarəti davam etdirə biləcəklər” – Moqerini izah edib. Bəzi Avropa diplomatları bu sistemin SSRİ-nin soyuq müharibə dövründə İran neftini Avropa malları ilə dəyişmək üçün istifadə etdiyi barter sistemi ilə oxşar olacaq. Lakin bu üsula görə ABŞ-ın da öz sanksiyalar haqda qanunlarında dəyişikliklər edəcəyi ehtimal olunur.
Xatırladaq ki, 2015-ci ildə İran və altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanmış razılaşmaya əsasən tək tərəf öz nüvə proqramını digər ölkələr üçün açır və əvəzində sanksiyalar mərhələli formada yığışdırılır. Lakin bu ilin may ayında ABŞ prezidenti Donald Tramp girtərəfli qaydada razılaşmadan çıxdığını və İrana qarşı sanksiyaları davam etdirəcəyini bildirib. Buna qarşı çıxan razılaşmanın digər üzvləri İrana yardım üçün lazımi addımları atacaqlarını ifadə ediblər.
Qeyd edək ki, ABŞ İrandan neft idxalına qarşı sanksiyalar tətbiq edərək digər ölkələrdən İranla ticarəti oktyabr ayınadək sonlandırmağı tələb edib. Bu tələbə uymayan şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar. Buna görə bir sıra ölkələr neft idxalını dayandırdığı halda digərləri də idxal həcmini dondurdular. Bu proses sonra Səudiyyə Ərəbistanı kimi nəhəng neft idxalçısı olan ölkələrin hazırda yaranmış tələbatı ödəyə bilmədiyi ortaya çıxıb.

Bu xəbər oxundu
- - -