Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İndiki məqamda hansısa nəticələrə nail olmaq olar”

25.09.18, 11:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Soçi görüşündə əsasən iqtisadi məsələlər müzakirə edildi, siyasi mövzular saxlanıldı. Putinin Bakı səfərində həm iqtisadi, həm siyasi, xüsusən, Dağlıq Qarabağ münaqişəsilə bağlı müzakirələrin aparılacağı gözlənilir”.
Bu fikirləri politoloq Qabil Hüseynli bildirib.
Qeyd edib ki, Putin Ermənistan baş naziri Paşinyanla da danışıq aparıb, Azərbaycan prezidenti ilə də: “Bu gün gündəmdə olan əsas məsələ danışıqlar prosesinin bərpasıdır. Danışıqlar prosesində Dağlıq Qarabağın hüdudlarından kənarda olan işğal edilmiş 7 rayondan 5-nin qaytarılması məsələsi duracaq. Rusiya mətbuatı da bu məsələni müzakirə edir. Qeyd olunur ki, 5 rayon heç bir şərt olmadan geri qaytarılmalıdır. İrəvanın şıltaqlıqları, müəyyən şərtlər irəli sürməsi nəzərə alınmamalıdır. Bu, diqqətçəkən məqamdır”.
Politoloq deyib ki, danışıqlar prosesi yenilənərsə və Rusiyanın mövqeyi ön plana çıxarsa, indiki məqamda hansısa nəticələrə nail olmaq olar: “Çünki ABŞ-ın, Fransanın başı başqa işlərə qarışıb. Bu nöqteyi nəzərdən, Rusiyanın regiondakı əsas mövqeyi qalmaqdadır. Ona görə də Putinin səfəri həm ikili münasibətlər, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından əhəmiyyətli ola bilər”.

Bu xəbər oxundu
- - -