Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan istənilən halda dalanda qalacaq”

25.09.18, 12:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan sabah sentyabrın 26-da Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşəcəklər. Bu görüş Ermənistanın Baş naziri Nikol Paşinyanın bir-birinə zidd və qızışdırıcı bəyanatlarla çıxış etdiyi, nəticədə rəsmi Bakının səbrini daşırdığı bir vaxtda baş tutur.
“Kommersant” qəzetinin şərhçisi Maksim Yusin bu görüşü və tərəflərin hansı şərtlərlə Qarabağ dalanından çıxa biləcəklərini şərh edib.
Şərhçiyə görə hazırda ilk baxışdan belə görünür ki, Qarabağ məsələsinin həlli üçün dialoq aparmağın heç bir mənası yoxdur. Çünki Ermənistanın yeni rəhbərliyini Qarabağ məsələsi az maraqlandırır, Nikol Paşinyanın başı hakimiyyətini möhkəmləndirməyə qarışıb. Onun əsas vəzifəsi ölkə daxilindəki opponentlərini sıradan çıxarmaq, onların revanşına imkan verməmək, parlament seçkiləri keçirmək və öz tərəfdarlarının qələbəsini təmin etməkdir.
“Deməli Qarabağ məsələsinin Paşinyana hələlik dəxli yoxdur. Bu problem həddən artıq ağrılıdır, həssasdır, seçkilər ərəfəsində isə olduqca təhlükəlidir. Çünki istənilən nizamlama planı kompromisləri nəzərdə tutur, siyasi rəqiblər isə dərhal bundan istifadə edərdilər. Onlar kompromisləri yoverilməz güzəştlər, kapitulyasiya, milli maraqların satılması kimi qiymətləndirəcəklər”- şərhçi deyir.
Maksim Yusinə görə şans ancaq seçkilərdən sonra yarana bilər. Əgər Paşinyan öz planlarını reallaşdıra bilsə, o zaman ictimaiyyətə populyar olmayan, amma həyati vacib kompromislərin zəruriliyini çatdıra bilər.
“Ona görə ki, uzunmüddətli perspektivdə Qarabağ problemini hər halda həll etmək lazımdır, bu isə ilk növbədə Ermənistanın maraqlarına uyğundur. Çünki vaxt onun əleyhinə işləyir. İqtisadi planda Azərbaycan güclənir, ambisioz beynəlxalq nəqliyyat və energetika layihələrində iştirak edir, öz ordusu üçün müasir silahlar alır. Ermənistan isə yarımblokada şəraitində yaşayır, nefti, qazı yoxdur, iqtisadi və hərbi planda getdikcə daha çox geriləyir” - rusiyalı şərhçi bildirir.
Maksim Yusinə görə belə davam etsə nə vaxtsa Azərbaycan hakimiyyəti öz ordusunun texnoloji üstünlüyündən istifadə edib Qarabağ məsələsini güc yolu ilə həll etmək fikrinə düşə bilər.
“Kommersant”ın şərhçisi deyir:
“Bu situasiyada İrəvan üçün yeganə xilas yolu KTMT üzrə müttəfiqi Rusiyanın mövqeyidir. Lakin əgər Moskva Azərbaycan hakimiyyətini hərbi ssenaridən imtina etməyə inandıra bilsə belə iqtisadi, geosiyasi planda Ermənistan istənilən halda dalanda qalacaq. Bu dalandan çıxış yolunu axtarmaq lazımdır”.

Bu xəbər oxundu
- - -