Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Meksikalı skripka ifaçısı Bakıda konsert verib

11.10.18, 7:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Meksika mədəniyyətini Azərbaycanda təşviq etmək, eyni zamanda ikitərəfli mədəni əlaqələri gücləndirmək məqsədilə Meksikanın Azərbaycandakı Səfirliyi, Landmark oteli ilə əməkdaşlıq əsasında meksikalı caz musiqiçi Eduardo Bortolottinin konsertini təşkil etdi.
Trend-ə Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata əsasən, konsert oktyabrın 10-da adıçəkilən oteldə baş tutdu. Bakıda ilk dəfə çıxış edən meksikalı musiqiçi yerli tamaşaçılar tərəfindən isti qarşılandı.
Bəstəkar və skripka ifaçısı Eduardo Bortolotti Meksikanın Puebla şəhərində dünyaya göz açıb. Peşəkar təhsilini Puebla Muxtar Universitetində başlayıb. Caz musiqisi sahəsində təhsilini davam etdirmək üçün 2012-ci ildə Polşaya köçdü. Çexiya, Polşa, Turkiyə və Kiprda baş tutan müxtəlif konsertlərdə çıxış edərək ənənəvi Meksika musiqisini təmsil edib.
Müəllim kimi Eduardo musiqi üzrə müxtəlif master-klassları həyata keçirib. Sonuncu master-klass Meksikanın Puebla Universitetinin tələbələri üçün keçirilib. Məhz bu tədbir musiqiçi üçün böyük əhəmiyyət kəsb etdi, belə ki, illər sonra peşəkar kimi böyüməyə başladığı yerə qayıdıb.
Mədəniyyət sahəsindəki ikitərəfli əlaqələrə gəldikdə, Meksika Səfirliyi xalqlar arasında yaxınlaşma üçün mədəniyyəti ən yaxşı körpü hesab etdiyi üçün bu cür tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verir. Bununla da, son üç il ərzində bu Diplomatik Nümayəndəlik tərəfindən 100-dən artıq fəaliyyətlə 65 mədəni tədbir baş tutub.

Bu xəbər oxundu
- - -