Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Deputatlarımız Rusiya parlamentinə etiraz məktubu göndərdilər

18.10.18, 7:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Milli Məclisinin deputatları Rusiya Dövlət Dumasının sədri və digər komitələrə etiraz müraciəti göndərib.
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun hazırladığı müraciət Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və digər komitələrə göndərilib.
Müraciəti Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və Azərbaycan-Rus icmasının sədri Mixail Zabelin imzalayıb.
Qeyd edək ki, oktyabrın 7-də Ermənistanın keçmiş baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın irəli sürdüyü "Qadınlar Sülh naminə" təşəbbüsü və bu çərçivədə Rusiyadan bir qrup qadın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər edib. Onların arasında Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Jurova, rusiyalı yazıçı Lyudmila Ulitskaya, "Vera" beynəlxalq xeyriyyə fondunun təsisçisi Anna Federsmesser də olub.
Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən Rusiyadan olan bir qrup qadının adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzulounmaz şəxslər" siyahısına salınıb.

Bu xəbər oxundu
- - -