Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan cəmiyyətinin qorxuları artır”

18.10.18, 13:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər onun şəxsi mövqeyi deyil.
Bunu Ermənistanın hakim Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
Aştotyana görə, səfirin açıqlaması ABŞ-ın rəsmi mövqeyini əks etdirir:
“Səlahiyyət müddəti bitmiş səfirlər üçün ənənəvi bir qayda var. Onlar müxtəlif fikirlər səsləndirərərk, təmsil etdikləri ölkələrin rəsmi mövqelərini ortaya qoyurlar.
Baş nazir Nikol Paşinyan isə nəyə görəsə amerikalı diplomatın səsləndirdiyi fikirlərə cavab verməkdən boyun qaçırır. O, səfirin sözlərini “gedən səfirin şəxsi fikirləri” kimi qəbul edir. Amma səfirin işlətdiyi hiyləni görmür. Bu isə Ermənistan cəmiyyətinin qorxularını artırır”.
Armen Aşotyan əlavə edib ki, Riçard Millsin səsləndirdiyi fikirlər Ermənistanın xarici diplomatiyasının iflasa uğradığının sübutudur. O, artıq ABŞ-ın Qarabağ məsələsində Ermənistanın yox, Azərbaycanın mövqeyini ifadə etdiyini də bildirib.
Qeyd edək ki, Riçard Mills Ermənistanı işğalçı adlandıraraq, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa çağırıb.

Bu xəbər oxundu
- - -