Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ rəsmilərinin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmələri vacibdir”

19.10.18, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“ABŞ dünyanın əsas nüfuz dairələrindən biridir. Bu baxımdan Birləşmiş Ştatların rəsmi şəxslərinin Dağlıq Qarabağ münaqişəsinə diqqət yetirmələri vacibdir”. Bu fikirləri siyasi ekspert Tamerlan Vahabov ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın 24-də Azərbaycana edəcək səfəri ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərməsinin normal qanuna uyğun hal olduğunu deyən ekspert söyləyib ki, Boltonun Azərbaycan və daha sonra İrəvana səfəri önəmlidir.
Onun sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Boltonun həm Azərbaycan, həm də İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəmə gətirəcəyi istisna edilmir: “Dağlıq Qarabağ məsələsi burada müzakirə edilməyə bilməz. Çünki, bölgəyə səfər zamanı həm Azərbaycan, həm də İrəvana gedilirsə, o zaman bu məsələ ətrafında mütləq şəkildə müzakirə aparılmalıdır ”.
Son dövrlər beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəklənməsi məsələsinin sürətlə inkişaf etdiyini deyən T. Vahabov söyləyib ki, artıq sirr deyil ki, ölkəmizin son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlər özünün biruzə verir: “ Azərbaycan problemin həlli ilə bağlı öz konstruktiv yoluna çoxdan başlayıb. Ölkəmizin xarici siyasəti həm öz iqtisadi əsaslarına, eyni zamanda toplum, xalq, vətəndaş cəmiyyəti və dövlət arasında dialoq və ünsiyyətə əsaslanır. Bütün bunların hamısı özünü ölkəmizin güclü siyasətində xarici məhsul kimi ortaya qoyur ki, bu da Dağlıq Qarabağ məsələsində Azərbaycan üçün çox böyük dividentlər verir. Artıq biz bunu beynəlxalq səviyyədə görürük. Bir çox iri dövlətlər Azərbaycanın mövqeyinə dair dəstək artıb”.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun regiona səfəri geoplotik baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Con Boltonun Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistana səfəri Vaşinqtonun Cənubi Qafqaza artıq diqqət ayırmasından irəli gəlir: "Qeyd edim ki, Rusiya hazırda Gürcüstan və Ermənistanla soyuq münasibətlərə malikdir. Vaşinqton çalışır ki, hər iki ölkəni kifayət qədər Rusiyanın təsir və təzyiqindən qorusun. Həmçinin Kremlin regionda qalıcılığını təmin edən işğal və separatizmi tədricən həlll etsin. Təbii ki, burada Qarabağ münaqişəsinin həlli xüsusi əhəmiyyət kəsb edir. Çünki, Ermənistanın davam edən işğalı regionda deastiblizasiyaya xidmət etməklə, Kremlin maraqlarına uyğundur".
Politoloq deyib ki, hazırda Vaşinqtonun konfliktin həlli ilə bağlı mövqeyi ortaya qoyulur: "Bu mövqe Ağ Ev rəhbəri Donald Trampın may ayında prezident İlham Əliyevə göndərdiyi məktubunda Qarabağ münaqişəsinin tezliklə həllini qeyd etməsinə əsaslanır. Con Boltonun regiona səfəri, səfir Riçard Milizin Yerevanda münqişənin həlli ilə bağlı verdiyi açıqlama, məhz Trampın məktubunda qeyd edilənlərin məntiq davamıdır. Con Bolton Ermənistanın baş naziri Nikol Paşinyana konkret olaraq işğal olunmuş ərazilərin boşaldılması istiqamətində təlimatlar verəcək. Yəni ictimaiyyətə bu istiqamətdə məlumatlar verməklə, ərazilərin boşaldılması ilə əlaqədar xalqı bu güzəştlərə hazırlasın. Con Boltonun Rusiyaya səfərində iki ölkə arasında yaşanan problemlər, həmçinin İran məsələsi müzkirə olunacaq. Moskva ilə Vaşinqtonun İran problemində ortaq məxrəcə gəlməsi hazırkı situasiyada mümükün deyil. Rusiya İrana qarşı sanksiyalara qoşulmasa da, özəl şirkətlərin İrandan çıxacağı gözlənilir.
Bir məsələni qeyd edim ki, Con Boltonun əsas hədəfi Rusiyanın Cənubi Qafqazda apardığı siyasəti neytrallaşdırmaq, həmçinin İranla Rusiya arasında "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətə başlamasını əngəlləməkdi. Bu baxımından Con Boltonun ölkəmizə səfəri həlledici olacaq. Çünki, "Şimal -Cənub Nəqliyyat" dəhlizi Azərbaycandan keçir və ölkəmiz bu layihənin işə düşməsində maraqlıdır".
Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq inkişaf dinamizminə malikdir: "Con Bolton Bakıda enerji siyasətimizə bundan sonra da dəstək verəcəklərini və Qarabağ konfliktinin həllində səyləri davam etdircəklərini xüsusi olaraq vurğulayacaq. Bundan əlavə, ölkəmizin İranla reallaşdırdığı birgə müəssisələrin fəaliyyətinin tədricən dayandırılması, Azərbaycanın bank sistemlərindən İranın maliyyə əməliyyatlarına imkan verilməməsi, ən əsası "Şimal-Cənub Nəqliyyat" dəhlizinin fəaliyyətinin dayandırılması istəniləcək".
Politoloq qeyd edib ki, bütün halda Vaşinqton Cənubi Qafqaz siyasətinə yenidən baxmağı qərarlaşdırıb.

Bu xəbər oxundu
- - -