Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

STAR zavodunun açılış mərasimi keçirilib

19.10.18, 14:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə və Azərbaycan güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradıb

“Azərbaycan torpaqlarının dörddə bir əsrdir işğal altında olması qəbuledilməzdir”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində STAR neft emalı zavodunun açılış mərasimində bildirib.
“Ölkəmiz və Azərbaycanın bu problemin həlli üçün gördükləri tədbirləri beynəlxaq ictimaiyyət sükütla qarşılaya bilməz. Beynəlxalq ictimaiyyətin dünyadakı haqsızlığa “dayan” deməsini gözləyirik. Türkiyə və Azərbaycan olaraq inandığmız dəyərlər uğrunda ortaq mübarizəmizi davam etdirəcəyik”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan STAR-ın açılışı ilə Azərbaycanla dünyaya nümunə olan münasibətlərin bir addım da irəli aparırıldığını bildirib:
“Türkiyə və Azərbaycan güclü siyasi iradə ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən yaradıb. STAR zavodunun açılışı ilə Azərbaycanla əlaqələrimizi iqtisadi baxımdan da gücləndiririk. Dünyaya nümunə olan münasibətlərimizi bir addım da irəli aparırıq. Regional və qlobal əhəmiyyəti olan TANAP-ı icra olunan layihələrə əlavə etmişik, bu gün açılışını həyata keçirdiyimiz STAR zavodu ilə daha bir addım atırıq. Dünyanın ticarət müharibələri və böhranları ilə sarsıldığı vaxtda bir-bir açılışını həyata keçirdiyimiz layihələrlə ölkələrmizin ortaq hədəflərə yaxınlaşdığını düşünürəm”,- Türkiyə Prezidenti bildirib.
Prezident qeyd edib ki, STAR Türkiyənin ilk Starteji Sərmayə Təşviq Sənədinə sahib olma xüsusiyyətinə də malikdir. Türkiyə Prezidenti bu zavodun ən böyük milliləşdirmə layihəsi olduğunu da vurğulayıb.
Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük bir gücə çevrildiyini bildirib: “Türkiyə dünya səviyyəsində söz sahibidir. Bu bizi çox sevindirir. Türkiyənin gücü bizim gücümüzdür”.
Türkiyə ilə birliyin sarsılmaz olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkənin də məhz Türkiyə olduğunu xatırladıb.
Azərbaycan-Türkiyə münasibətlərinin şərəfli bir tarixə dayandığını bildirən Prezident İlham Əliyev iki ölkə arasındakı siyasi əlaqələrin ən yüksək səviyyədə olduğunu, bunun iqtisadi əlaqələrə öz təsirini göstərdiyini deyib: “Türkiyə və Azərbaycan dünya miqyasında qardaşlıq nümunəsi göstərirlər. Mən dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə ilə Azərbaycan qədər bağlı olsunlar. Bu böyük bir sərvətdir”.

Bu xəbər oxundu
- - -