Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır“

19.10.18, 14:13
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə və Azərbaycan XXI əsrin enerji tarixini birlikdə yazır.
Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez İzmirdə STAR neft emalı zavodunun açılış mərasimində bildirib.
Nazir deyib ki, Türkiyə iqtisadiyyatına olan etibar SOCAR-ın sərmayəsi ilə sübut olundu.
O qeyd edib ki, STAR-la birlikdə Türkiyədə neft emalı zavodlarının emal gücü artaraq illik 40 mln. tona çatacaq: “STAR 5 mln. tonluq dizel yanacağı istehsalı ilə Türkiyənin idxalını azaldacaq. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir və bu baxımdan çox önəmlidir”.
Nazir Türkiyənin yeni iqtisadi proqramında əsas sənaye sahəsindən birinin də neft-kimya sektoru olduğunu, enerji idxalını azaldacaq hər addımın atıldığını bildirib və qeyd edib ki, Azərbaycanı Türkiyənin yanında görmək bizi xoşbəxt edir.
O, iyun ayında Əskişəhərə qədər hissəsi istismara verilən Trans Anadolu Boru Kəmərindən (TANAP) də danışaraq qeyd edib ki, TANAP Azərbaycan və Türkiyə arasında birliyin ən böyük simvollarından biridir. “TANAP həm Türkiyənin, həm də Avropanın enerji təhlükəsizliyinə qatqı verəcək. Həyata keçirilən enerji layihələri ilə bölgədəki gücümüz artacaq”.

Bu xəbər oxundu
- - -