Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

VI Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb

23.10.18, 10:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanda ənənəvi hal alan və artıq neçə illərdir keçirilən Bakı Beynəlxalq Humanitar Forumu dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır.
Bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirilən mətbuat konfransında deyib.
V.Eyvazzadə bildirib ki, indiyə qədər ölkəmizdə keçirilən humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
O qeyd edib ki, 25-26 oktyabr tarixlərində paytaxtımızda baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunda da bu ənənə davam etdiriləcək, forumda kifayət qədər nüfuzlu şəxslər iştirak edəcək.
Nazirlik rəsmisi vurğulayıb ki, builki forum “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunu əhatə edəcək: "Forum çərçivəsində kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq".
V.Eyvazzadənin sözlərinə görə, forum çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən davamlı inkişafla bağlı beynəlxalq konfrans keçiriləcək: "Bu konfrans forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də nüfuzlu şəxslər, dövlət və hökumət rəsmiləri təmsil olunacaq, kifayət qədər maraqlı mövzular müzakirə ediləcək".
O bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu, həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkşafına dəstəyi kimi qəbul edilməlidir: "Forumda dünyanı narahat edən məsələlərə toxunulacaq.
Şöbə müdiri əlavə edib ki, bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən təqribən 580 nəfər iştirak edəcək.

Bu xəbər oxundu
- - -