Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakı KTMT-yə üzv olur?

23.10.18, 10:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesinin başlaması məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır.
Bunu “RİA Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir bildirib: “Əgər son zamanlarda danışıqların gedişatına fikir versəniz, görərsiniz ki, məhz Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üşün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun zəruriliyi barədə mövqe səsləndirir”.
E.Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın hazırda Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycan hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir:
“Təəssüf ki, hakimiyyət dəyişikliyi və Yerevanda bugünədək müşahidə olunan siyasi boşluq prosesi müəyyən mənada yavaşladıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək”.
“Azərbaycan Respublikası tarazlı xarici siyasət yürüdür"-deyən Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyü barədə sualı da cavablandırıb.
“Biz KTMT üzvü olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdiririk. Təbii ki, Azərbaycana qarşı hərbi təcavüz siyasətini davam etdirən, ölkəmin beynəlxalq səviyyədə tanınan ərazilərini işğal edən, həmin yerlərdə azərbaycanlıların ucdantutma qanlı etnik təmizlənməsini həyata keçirən Ermənistan bu mənada istisna təşkil edir”, - nazir vurğulayıb.

Bu xəbər oxundu
- - -