Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təbriz Beynəlxalq Kitab Sərgisində türk kitablarına qadağa

23.10.18, 12:56
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Oktyabrın 21-də Təbriz Beynəlxalq Kitab Sərgisinin açılışı olub, sərginin fəaliyyətindən 24 saat keçməmiş “Kirpi” türk kitabları povilyonu rejimin məmurları tərəfindən bağladılıb.
Povilyon türk dilində kitabların yayılmasının qarşısını almaq məqsədi ilə “İran Mədəni Sərgilər Müəssisəsi” tərəfindən bağladılıb.
“Kirpi” əsasən uşaq ədəbiyyatı sahəsində kitablar nəşr edir.
Povilyonun müdiri Babək Meynəqi məsələyə münasibət bildirərkən povilyonun “İran Mədəni Sərgilər Müəssisəsi”nin müfəttişləri tərəfindən bağlandığını təsdiq edib.
“Müəssisənin müfəttişləri “siz müstəqil bir nəşriyyat deyilsiniz, ona görə də kitab sata bilməzsiniz” deyərək bizim bölümün fəaliyyətinə mane oldular. Onlar bir neçə kitab istisna olmaqla kitabların satışına qadağa qoydular. Şərqi Azərbaycan İrşad və Mədəniyyət İdarəsinin onlara tövsiyyələri də işə yaramadı. Biz də sonda povilyonu bağlayaraq sərgini tərk etməli olduq. Düşünürəm ki, sərgidə iştirak edən digər Azərbaycan nəşriyyatlarının fəaliyyəti də şübhə altındadır”- deyə o bildirib.
“Kirpi”nin mədəniyyət məhsulları brendi olduğunu deyən Babək Meynəqi kitablarının 90 faizinin “Əxtər” Nəşriyyatı, qalanlarını isə özlərinin “İlqar” Nəşriyyatında çap olunduğunu bildirib.
““İlqar”ın yalnız 5 çap olunmuş kitabı olduğu üçün, qanuna görə bu adla sərgiyə qatıla bilməzdik. Ona görə də “Kirpi” adı ilə sərgidə iştirak etdik. “Əxtər” Nəşriyyatında çap olunan bütün kitablarımıza satış icazəmiz var və bundan əvvəlki sərgilərdə, xüsusi ilə də Tehranda keçirilən sərgidə “Kirpi”nin kitablarına heç bir etiraz olunmayıb. Təəssüflə mövzuya təhlükəsizlik məsələsi kimi baxan müfəttişlər bu il kitablarımızın satışına qadağa qoydular.”- deyə Babək Meynəqi qeyd edib.
Azərbaycana qarşı yönələn qərar o halda verilib ki, kitab sərgisinin açılışı mərasimində Şəbistərin millət vəkili Məsumə Ağapur bütün kitab sərgilərində türk dilində kitabların povilyonu olmasını istəyib.
O mərasimdə iştirak edən irşad və mədəniyyət nazirinin müavininə xitabən Təbriz Kitab Sərgisində və digər əyalətlərdə keçirilən sərgilərdə belə pozilyonların təşkil olunmasına dəstək vermələrini tələb edib.

Bu xəbər oxundu
- - -