Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmu gölünün canlandırması prosesi düzgün idarə olunmur

31.10.18, 7:33
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur Urmu gölünün canlandırılması prosesinin düzgün idarə olunmadığını bildirib.
O bu barədə oktyabrın 31-də “Təsnim” xəbər agentliyinin müxbiri ilə danışığında məlumat verib.
Millət vəkili Urmu gölünün son vəziyyəti və gölün canlandırılması üçün ayrılan büdcə vəsaitinə işarə edərək bildirib ki, bu barədə ölkə rəhbərinə rəsmi məktubla müraciət olunub, Urmu gölünə əlavə büdcə ayırmaq məsələsi prezident vasitəsi ilə Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəməd Baqir Nobəxtə tapşırılıb.
“Gölün canlandırılmasına ayrılan büdcə vəsaitinin məbləği və onun harada xərcləndiyi dəqiq məlum olmalıdır. Təəssüflə məsullar gölün vəziyyəti ilə bağlı statistik məlumata sahib deyillər, onlar bu vəziyyətdə vəsaiti necə səmərəli şəkildə xərcləyə bilər?!
Urmu Gölünü Canlandırma Mərkəzinə ayrılan büdcə vəsaitindən düzgün istifadə olunmur. Vəsait konfrans zalı tikmək, ofis üçün lazım olan əşya və s. kimi yerlərə xərclənir. Bunu sübut etmək üçün əlimizdə yetəri qədər sənəd var”- deyə o bildirib.
Həzrətpur Kənd Təsərrüfatı Nazirliyinin bölgədə suyun istifadə olunmasına nəzarət etməsini də tələb edib.
“Bölgə əhalisi suya qənaət edir, lakin bu gözlədiyimiz qədər deyil. Suya daha çox qənaət etmək lazımdır. Bəziləri bu məsələdə əkinçiləri günahlandırır. Hesab eliyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi Urmu gölü ətrafındakı əkinçilər və onların istifadə etdiyi suya xüsusi plan əsasında nəzarət etməlidir.
Prezident Urmu gölünün canlandırılması ilə bağlı müəyyən addımlar atdı, lakin proses düzgün idarə olunmadı”- deyə millət vəkili əlavə edib.
Həzrətpur sözlərinin sonunda bildirib ki, hökumətin Urmu gölünün canlandırılması üçün aldığı tədbirlər uğurlu deyil, bu işdə hökumətə 20-dən 10 və ya 11 qiymət verərdim.
Qeyd edək ki, bir çox yerli məsullar, o cümlədən azərbaycanlı millət vəkili Urmu gölünün canlandırılması qarşısında olan problemlərlə bağlı hökuməti yetəri qədər büdcə vəsaiti ayırmamaqda ittiham etməklə yanaşı, Urmu Gölünü Canlandırma Mərkəzini də vəsaitin xərclənməsi ilə bağlı şəffaflığı təmin etməməkdə günahlandırırlar. Bu məsələ azərbaycanlı millət vəkilləri tərəfindən dəfələrlə dilə gətirilib, lakin problem heç bir şəkildə öz həllini tapmır.

Bu xəbər oxundu
- - -