Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistana ayrılan pul iki dəfə azaldılıb

31.10.18, 13:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İttifaqı (Aİ) növbədənkənar parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə Ermənistana 3 milyon avro vəsait ayırıb. Ən maraqlısı odur ki, bu, Aİ-nin 2017-ci ilin aprelində keçirilmiş parlament seçkilərinin təşkili üçün ayrılan vəsaitdən 4 milyon avro azdır.
Avropa İttifaqı Ermənistanda ayrılan pulu niyə azaldıb?
Ötən seçkidə Aİ öz qiymətləndirməsində Ermənistandakı seçki prosesinin o qədər də bərbad olmadığını əsaslandırmağa çalışmışdı. Amma beynəlxalq müşahidə missiyasının hesabatına əsasən, seçki prosesində ciddi pozuntular və saxtakarlıqlara yol verilməsi, o cümlədən rüşvət müqabilində səslərin alınması, dövlət qulluqçuları və özəl sektor nümayəndələrinə təzyiqlərin edilməsi və.s faktlar üzə çıxmışdı. Bu hal Aİ-ni çətin vəziyyətə salmışdı. Vəziyyəti daha da qəlizləşdirən 2018-ci ilin aprel ayında hakimiyyəti ələ keçirən Nikol Paşinyanın seçkilərin anti-demokratik şəraitdə keçirildiyini iddia etməsi, yeni parlamentin legitim olmadığını irəli sürməsi idi.
Bununla Paşinyan ölkədə hərbi diktatura rejiminin saxlanılmasında Aİ-nin Sarkisyan rejimi ilə əlbir olduğunu demək istəyirdi?
Bütün bunlara baxmayaraq, küçələrin hay-küyçüsü Paşinyan hakimiyyəti ələ keçirməsinin ilk günlərindən başlayaraq Avropadan pul dilənməyə başladı. NATO və Avropa İttifaqının təşkil etdiyi mötəbər beynəlxalq toplantıların keçirildiyi məkanları “dilənçi guşəsinə” çevirməklə avropalı dövlət başçılarından mədəd uman zavallı Paşinyan haradan bilsin ki, küçə yürüşləri psixologiyası yalnız ac-yalavac erməniləri aldada bilər?
Nəticə göz qabağındadır. Avropa İttifaqı Ermənistana göstərəcəyi maliyyə dəstəyinin həcmini 2 dəfə azaltdı. Avropa İttifaqı rəsmiləri açıq şəkildə elan etdilər ki, ondan başqa heç bir təşkilat Ermənistana pul ayıran deyil. Əgər belədirsə, niyə Avropa İttifaqı maliyyə dəstəyini 2 dəfə artırmaq əvəzinə elə o qədər azaltdı? Məgər ölkədə səsvermə hüququna malik şəxslərin sayı azalıb? Yoxsa Aİ fikirləşir ki, Paşinyan Ermənistandakı siyasi durumu sabitləşdirmək əvəzinə Aİ-nin dəstəyi ilə öz diktaturasını yaratmaq istəyir? Niyə də yox.
Görünür, Aİ Paşinyanın demokratiya nağıllarına inanmır və onun populist addımlarına və reallığa söykənməyən vədlərinə alət olub ləkələnməkdən kifayət qədər ehtiyatlanır. Budur, Aİ Paşinyan hökumətinin populist və yarıtmaz siyasətinin ilk bəhrəsini gördü. Venesiya Komissiyasının tövsiyələrini əks etdirən və Aİ-nin vaxtilə tərifdən göylərə qaldırdığı seçki məcəlləsinə dəyişikliklər paketi 30 oktyabr tarixində Ermənistan parlamentində qəbul edilmədi. Yəqin ki, bundan sonra Avropa təsisatları avronun Ermənistana dəyər gətirmədiyini anlamağa başlayacaqlar.

Bu xəbər oxundu
- - -