Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Erməni diasporu Azərbaycan-Almaniya münasibətlərindən narahatlıq keçirir”

12.11.18, 9:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Son zamanlar Almaniyada mafiya qanunlarının hökm sürdüyü erməni lobbi təşkilatlarının fəallığının artması, onların Azərbaycana və Türkiyəyə qarşı fəaliyyətinin güclənməsi müşahidə edilir. Belə ki, Almaniyada Osmanlı imperiyasında guya "soyqırımına məruz qalmış xalqlardan olan şəxslər" birləşərək "AGADEKA" adlı təşkilat yaratmışlar. Bura vaxtilə Osmanlı imperiyasının ərazisində yaşamış və guya "soyqırım"a məruz qaldıqlarını iddia edən xalqların və etnik qrupların nümayəndələri, o cümlədən, ermənilər, yunanlar, assuriyalılar, dersimlilər, yezidilər, koçkiri kürdləri və ələvilər daxildir".
Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.
O bildirib ki, Almaniyadakı ümumi sayı 3-4 milyon olan türk icmasının daxilində 200 min dersimli, çoxlu kürd, laz, çərkəz, alban, ələvilərdən ibarət insanın olmasını nəzərə alan ermənilər onlarla birləşərək bu ölkədəki türk lobbisinə qarşı mübarizə aparmaq istədiklərini nəzərə çatdırıblar: "Təşkilatın prezidenti Pont Yunanları Mərkəzi İdarəsinin vitse-sədri İlias Mavrikisdir. Vitse-prezidenti isə Almaniyada 155 ildir ki, fəaliyyətdə olduğu iddia edilən Erməni Akademiklər İttifaqının sədri Azat Orduxanyandır. Təşkilatın yaradılmasında məqsəd guya "Osmanlı imperiyası dövründə həyata keçirilmiş soyqırımları"nın tanıdılmasına və həmin xalqların tarixi-mədəni hüquqlarının bərpasına nail olmaqdır. Eyni zamanda, müasir Türkiyə Respublikasına qarşı siyasi tələblərin irəli sürülməsi nəzərdə tutulur. Təşkilatın Almaniyanın Köln şəhərindəki Birinci instansiya məhkəməsi tərəfindən qeydiyyata alındığı barədə məlumatlar var. Ümumiyyətlə, A.Orduxanyan Almaniyada qondarma "erməni soyqırımı"nın ən fəal təbliğatçılarından biridir. O, Boxum kitabxanasında vaxtaşırı uydurma "soyqırım"la bağlı kitabların təqdimatını təşkil edir. Lakin sonuncu dəfə Paruyr Sevak adlı şairin bu mövzuda yazılmış şerlər kitabının (alman dilinə Hayd Rike adlı şəxs tərcümə edib) təqdimatına kitabxana rəhbərliyi icazə verməyərək bunu türklər və ermənilər arasında mübahisələrdən yorulduqları ilə əsaslandırmışdı. Eyni zamanda, Dortmund şəhərində olan, Almaniyada 1-ci, dünyada isə 6-cı ən böyük "Romberqpark" botanika bağında növbəti "Alman-erməni dostluq bağı"nın yaradılması nəzərdə tutulur. Dostluq bağlarının ikisi isə Ermənistanın İrəvan və Yeğeqnadzor şəhərlərində yerləşir. Bağın salınmasının bütün xərclərini Almaniya Bundestaqının sədri professor Norbert Lammert öz üzərinə götürüb".
Politoloq söyləyib ki, Bundestaqın "erməni soyqırımı"nın tanımasına gəlincə, N.Lammertin bu məsələyə müsbət yanaşdığı, hətta uydurma "soyqırım"la bağlı tədbirlərdə vaxtaşırı çıxış etdiyi bildirilir: " Almaniyadakı güclü türk diasporu qarşısında ermənilər zəif mövqedə olduqlarını etiraf edərək, Avropada xristian amili artıq xeyli zəiflədiyindən kilsə və xaçkar inşasının gözlənilən təsir qüvvəsinə malik olmadığını vurğulayırlar. Buna görə də yeni yanaşma konsepsiyası işləyib-hazırlamaq istəyən ermənilərin bu istiqamətdə çoxtərəfli fəaliyyətlərini artırması gözlənilir. Bundan başqa, Avropada Türkiyə və Azərbaycana qarşı fəaliyyət göstərən daha bir təşkilatın fəaliyyəti diqqəti cəlb edir. Bundan başqa aktuallıq kəsb edən Avropa Qonşuluq Siyasətinə əsasən, Avropa Birliyi Azərbaycanla əlaqələrini möhkəmləndirməyə çalışır. Bu fonda ölkəmizlə Avropa arasında münasibətlərin yaxşılaşmasından narahat olan bəzi separatçı təşkilatlar tərəfindən guya milli azlıqların hüquqlarının qorunmaması, ölkədə hüququn aliliyi və demokratiyanın inkişafının müşahidə olunmadığı iddia olunur".
N.Məmmədova vurğulayıb ki, Almaniyada erməni diasporu son dövrlərdə yaxınlaşan Azərbaycan-Almaniya, Azərbaycan-Avropa Birliyi münasibətləri fonunda dərin narahatlıq keçirir: "Ermənilər ümumiyyətlə kriminala, cinayətə meylli olduqlarından ki, bunu statistika təsdiq edir, dünyanın harasında olursa-olsun mövqe qazanmaq, külli miqdarda maliyyə qazanmaq üçün cinayətə adları tez-tez qarışır. Hələ sovet vaxtı gizli sex istehsalından tutmuş Afrikada qeyri-qanuni almaz qaçaqmalçılığınadək, dünyanın hər yerində erməni diasporasının adı cinayətlərdə, mafiya ilə əlaqələrdə hallanır. Bu gün də diaspora əməlindən qalmır. Hətta Ermənistanın keçmiş prezidentləri Sarkisyan və Koçaryanın, nazirlərinin, erməni kilsəsinin adı mafiya ilə əlaqələrdə, qaçaqmalçılıqda hallanır. Almaniyada isə son dövrlərdə diasporanın cinayətkar fəaliyyəti artıq özünü daha çox büruzə verir. Üstəlik, ermənilərin neonasistlərlə,radikal siyasi partiyalarla, mafiya təşkilatları ilə əlaqələrinə dair təkzibolunmaz faktlar mövcuddur və bunu Almaniyanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının araşdırması da sübut edir".
Politoloq əlavə edib ki, faşizm ideologiyasını öz işğalçı dövlət siyasətində əks etdirən Ermənistanın fəaliyyəti Avropanın enerji təminatında iştirak edən, dünya siyasətində söz sahibi olan, nüfuzu gündən-günə artan Azərbaycana qarşı fəaliyyətini artıq Avropa ölkələri, o cümlədən Almaniya görür, izləyir və onları ifşa edir.

Bu xəbər oxundu
- - -