Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənin şüuru mağara millətçiliyini üstələyə bilməyib”

12.11.18, 10:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Mübaeiz Əhmədoğlu: “Hadisələr ermənilərin arzularının tam əksi istiqamətində hərəkət edir”

“Girovların mübadiləsi ilə bağlı Bakının təklifinə münasibəti Yerevanın Dağlıq Qarabağ tənzimlənməsində etimad tədbirlərini möhkəmləndirməyə hazır olmadığının göstəricisidir. Girovların mübadiləsi barədə Bakının təklifindən imtina edən İrəvan həm də Moskvanı inkar edir”. Bu fikirləri Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, 27 oktyabr 2010-cu ildə Həştərxanda hərbi əsir, girov və meyitlərin qaytarılmasına həsr olunmuş prezidentlərin üçtərəfli görüşü keçirilib: “Görüşdə prezident İlham Əliyev və həmkarları D.Medvedev, S.Sərkisyan birgə xüsusi bəyanat imzaladılar. Bəyanata görə bütün girovlar və cəsədlər şərtsiz geri qaytarılır. Ermənistan tərəfi indi imzaladıqları bu bəyannamədən imtina edir. Bəyannamədə xüsusi olaraq göstərilib ki, bu addım etimad, eləcə də hərbi etimad tədbirlərinin möhkəmləndirilməsi üçün lazımdır. Ermənistanın etimad tədbirlərinin möhkəmləndirilməsinə yanaşması əcaib formadadır və bu əcaib forma 2016-cı ilin aprel döyüşlərinə gətirən ümumi parametrlərinin tərkib elementlərindən biri idi. Aprel döyüşlərindən sonra isə ermənilər yeni etimad tədbirlərindən - Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşmasından danışdılar. Əgər etimad tədbirlərinə hörmətsizlik nümayiş etdirməsəydilər, bəlkə də yeni etimad tədbirlərini hallandırmağa ehtiyac qalmazdı. Mübariz İbrahimovun meyitinin qaytarılmasını 2 aydan çox Ermənistan tərəfi yubatdı. ATƏT, Avropa İttifaqı, Rusiya Patriarxı işə qarışdıqdan sonra zorla, çox böyük çətinliklə bu meyiti qaytardılar. Digər misallar da var. 2010-cu ildə Həştərxan görüşündə imzalanmış sənədə sadəcə girovların mübadiləsi kimi yanaşmaq səhvdir. Bu etimad tədbirlərinin möhkəmləndirilməsi üçün nəzərdə tutulmuş addımdır və bəyannamə o vaxtadək olan əsir, girovların və meyitlərin dəyişdirilməsi ilə yanaşı, həm də gələcəkdə də bu proseslərin davam etdirilməsini nəzərdə tutur”.
Politoloq qeyd edib ki, İrəvan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının da dialoquna icazə vermir: “Qaldı ki, Ermənistan tərəfinin sofistikasına guya rəsmi Bakı Ermənistana birbaşa müraciət etməyib. Hər halda Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq şəkildə bildirdi ki, belə mübadiləni reallaşdırmağa hazırdır. BQXK-nin bu yanaşması Ermənistanla Azərbaycan arasında gedən dialoq fonunda beynəlxalq Qırmızı Xaç Komitəsinin bu yanaşması rəsmi Bakının belə təklifinin mövcudluğunu, Ermənistan tərəfinin isə inkar etdiyini nümayiş etdirir. Həştərxan bəyannaməsində ümumilikdə etimad tədbirlərinin yaranması ilə yanaşı, həm də xüsusi olaraq hərbi sahədə yaranmış etimad tədbirləri nəzərdə tutulur. Ermənistan tərəfi Azərbaycanla birbaşa telefon əlaqələrinə maraq göstərdiyi kimi hərbi sahədə etimadı yaratmaq üçün hərbi əsirləri, girovları azad etməyi də daha faydalıdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev beynəlxalq hüquqa görə de-yure Azərbaycan ərazisində sərbəst yerdəyişmə ediblər”. M.Əhmədoğlu əlavə edib ki, ermənilər mağara millətçiliyindən əl çəkməlidir: “Hələ ki, bu günədək heç bir ermənin şüuru mağara millətçiliyini üstələyə bilməyib. Amma indi vaxtıdır, çünki hadisələr ermənilərin arzularının tam əksi istiqamətində hərəkət edir”.

Bu xəbər oxundu
- - -